Kişilər həm yaraşıqlı, həm sağlam olun

29 Haziran 2017
1 662
0
Kişilər həm yaraşıqlı, həm sağlam olun
Mükəmməl görünüşə sahib olmaq üçün tez-tez əməliyyat keçirməyinizə ehtiyac yoxdur. Bunun üçün eyni zamanda sağlam yaşamağa üstünlük verməlisiniz. Bu, dərinizə qulluqdan tutmuş, saçınızın parlaq olmasına qədər hər şeyə kömək edəcək. Daha cazibəli və sağlam olmaq üçün qeyd edəcəyimiz tövsiyələrə əməl etməyiniz kifayətdir.

1. Dəriyə qulluğa xüsusi fikir verin.


Kişilər adətən bu məqama fikir vermirlər amma, əməl etməkdə fayda var. Dərinizin qurumaması üçün nəmləndirici istifadə etmək məqsədə uyğundur. Eyni zamanda ultrabənövşəyi şüalardan xilas olmaq üçün günəş kremindən istifadə edin, yoxsa dərinizdən günəş ləkələri əksik olmaz.

2. Siqaretdən uzaq olun.


Estetik cərrah Broke Seckenin sözlərinə görə, üzün qırışmasına günəşdən daha çox səbəb olan şeylərdən biri də siqaretdir. Siqaret çəkmək dəridə olan bəzi maddələri məhv edir. Belə olduqda isə, dəri solğunlaşır və qocalmağı sürətləndirir.

3. Düzgün qidalanın.

Sağlam qidalanma daha parlaq dəri, daha mükəmməl bədən quruluşu deməkdir. Çalışın, yağlı qidalara üstünlük verməyin. Amerikan Diyetoloqlar Birliyinin sözçüsü, qidalanma üzrə mütəxəssis Cim Vayt bildirir ki, vacib olan müntəzəm yemək proqramı təşkil etməkdir.

4. Yuxu rejimini qaydaya salın.


Gün ərzində ən az 8 saat yatmaq mütləqdir. Həkim Seckelin sözlərinə görə, yatmaq bədənin ən böyük orqanı olan dəri daxil olmaqla, bütün orqanları yeniləyir. Eyni zamanda, təzyiqin , alındakı və göz kənarındakı qırışların yaranmasının qarşısını alır.

5. Gün ərizdə müəyyən miqdarda su için.

Dərinin ola biləcək bütün zərərlərə qarşı dayanıqlı olması üçün suya ehtiyacı var. Gündə 8 stəkan su içmək həm toksinlərin bədəndən atılmasına kömək edir, həm də dərinin qeydinə qalır.

6. Artıq çəkidən xilas olun.

Artıq çəkidən xilas olmaq təkcə yaraşıqlı görkəmə malik olmaq üçün deyil, eyni zamanda infarkt, xərçəng və digər xəstəliklərə yoluxmağımızın qarşısını alır. Həddən artıq dietik də qidalanmaq düzgün deyil. Onun yerinə, yemək porsiyalarının böyüklüyünə diqqət edin.

7. Həddən artıq spirtli içki qəbul etməyin.

Həkim Seckel deyib ki, alkoqol toxumaların böyüməsinə, gözlərin şişməsinə və ümumilikdə qeyri-müntəzəm qidalanmağa, artıq çəkiyə və siqaretə meyilli olmağa səbəb olur.

Gündəlik həyatımızda çalışaq bu məqamlara diqqət edək. Bununla həm yaraşıqlı, həm də sağlam ola bilərik.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.