Saçınız soda ilə yusanız...

Feat.Az sodalı şampunun hazırlanma qaydasını təqdim edir.
Kiçik bir şüşəyə 1:3 nisbətdə soda və su töküb qarışdırın. Qədərini saçın uzunluğundan asılı olaraq tənzimləyin, yəni əgər sizin saçlarınız uzundursa, 9 xörək qaşığı su və 3 xörək qaşığı soda qarışdırın. Daha sonra, bu qarışığı quru və ya nəm saçlarınıza, saç kökündən uclarına qədər yaxıb 1-3 dəqiqə saxlaya bilərsiniz. Sonra isti su ilə yuyun. Saçlarınızı alma sirkəsi istifadə edərək yenə yaxalayın. Su ilə sirkəni 1:4 nisbətdə qarışdırın. Ətrini yaxşılaşdırmaq üçün efir yağı istifadə edə bilərsiniz. Saçlarınıza yaxıb daha sonra isti su ilə yuyun. Şampunun faydası artıq ilk istifadədən sonra nəzərə çarpacaq. Saçlarınız sürətlə uzanacaq, güclü, parlaq və sağlam olacaq!
publika.az