QADINLAR,DİQQƏT! Bu bezlərdə mikrob var - ADLAR

15 Mayıs 2022
3 091
0
QADINLAR,DİQQƏT! Bu bezlərdə mikrob var - ADLAR
Rusiya keyfiyyət sistemi (Roskaçestvo) mütəxəssisləri müxtəlif şirkətlər tərəfindən buraxılan qadın bezlərinin keyfiyyətini laboratoriya şəraitində təhlil ediblər.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, laboratoriyaya Rusiya, Çin, İsveç, Slovakiya, Koreya, İtaliya, Çexiya, Belçika və Bolqariyada istehsal olunan 31 nümunə qadın bezi daxil olub. Analizlərin nəticələri çox acınacaqlı çıxıb. Bezlərin yalnız 20% Roskaçestvo tərəfindən yüksək keyfiyyətli kimi qəbul edilib. Bu, misal üçün, Ola, Bella, Natali, BIBI kimi markalardır.

Bəzi tanınmış qadın bezlərində mikrob, bakteriya və göbələk aşkar olunub.
Belə ki, La Fresh əmtəə nişanı altında buraxılan bezdə enterobakteriyalar, Normal Clinic bezində qızılı stafilokok, Ə-NƏNƏ, Libresse, Naturella, Ria məhsullarında kif göbələyi aşkar olunub.
Laboratoriyada yoxlanılan bezlərdə toksiki maddələr, formaldegid və s. təhlükəli maddələr aşkar olunmayıb.

Mütəxəssislərin rəyinə görə, reklamlarda bezlərin "nəfəs almağı" haqqında məlumatlar yalnız reklam hiyləsidir - heç bir nümunədə havakeçirmə qabiliyyəti aşkar olunmayıb.

Bütün bunları nəzərə alaraq, dünya ginekoloqlarının qadın bezlərinin istifadəsi ilə bağlı olan çox sadə tövsiyələrini sizin üçün təkrar edək:

- bezlərdən yalnız menstruasiya günlərində istifadə edin, gündəlik bezlərdən istifadə etməyin

- bezləri hər 4 saatdan bir, dolmasından asılı olmayaraq dəyişin

- menstruasiya zamanı gigiyena qaydalarına xüsusilə riayət edin.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.