“QEYRİ-ADİ” DƏVƏTNAMƏ

27 Ekim 2014
7 660
0
 “QEYRİ-ADİ” DƏVƏTNAMƏ
 “QEYRİ-ADİ” DƏVƏTNAMƏ

"Bəy bizə dedi ki, dəvatnəməni dostu Anar zarafat etmək məqsədi ilə hazırlayıb"

Məhərrəmlik ayı başlasa da, toylarla bağlı müzakirələr sosial şəbəkələrdə hələ də davam edir. “Qafqazinfo” xəbər verir ki, bu dəfə sosial şəbəkələrdə toy dəvətnamələri ilə bağlı maraqlı foto yayımlanıb.

Belə ki, fotoda ənənəvi toy dəvətnamələrindən fərqli olaraq qeyri-adi bir cümlə yer alıb: “Gələ bilməsəniz, 100 manat da göndərə bilərsiz”.

Fotonun orijinal, yaxud montaj olduğu haqda dəqiq məlumat olmasa da, istifadəçilər Azərbaycanda belə bir dəvətnamənin olacağına və ev sahibinin bu cür addım atacağına inanmadıqlarını bildirirlər.

***

"Qafqazinfo" məsələ ilə bağlı restoranla əlaqə saxlayıb. Restoranın sahibi Elvin İsgəndərov bildirib ki, sosial şəbəkələrdə "Əfsanə" restoranına məxsus olduğu deyilən dəvətnamənin fotosundan xəbərdardır: "Həmin tarixdə keçirilən toy mərasiminin səbəbkarı olan bəylə əlaqə saxlamışıq. Bəy bizə dedi ki, dəvatnəməni dostu Anar zarafat etmək məqsədi ilə hazırlayıb. Biz düşünürük ki, bu, restoranın nüfuzuna xələl gətirəcək bir hadisədir. Ona görə də məsələni polis araşdıracaq".

Restoranın orijinal dəvətnaməsi


 “QEYRİ-ADİ” DƏVƏTNAMƏ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.