Baş ağrılarının səbəbi nədir? - Ağrıkəsicilər ağrıları artırır

09 Ekim 2017
1 457
0
Baş ağrılarının səbəbi nədir? - Ağrıkəsicilər ağrıları artırır
Ömründə bir dəfə də olsa başı ağrımayan insan yəgin ki yoxdur. Bu ağrının isə bir çox səbələri olar bilər. Uyğun müalicəni tapmaq üçün öncə ağrının növünü təyin etmək lazımdır.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, nevropotoloq Ramil Əfəndiyev baş ağrılarının ən çox rast gəlinən nevroloji xəstəliklər olduğunu bildirib: "Ən geniş yayılmış forması gərginlik və miqren baş ağrılarıdır. Bunlar kliniki bir diaqnozdur və xəstənin şikayətlərinə baxılaraq dəqiq müəyyən olunur. Gərginlik baş ağrıları bir və ya ikitərəfli sıxıcı təzyiqedici xarakterdə olur. Bu zaman xəstədə ürək bulanma, qusma, bəzən başda doluluq hissi müşahidə olunur. Fiziki və zehni iş zamanı ağrılar daha da artır. İdmanla məşğul olmaq, gərginliyi aradan qaldırmaqla, fiziki və zehni işi bir -biri ilə əvəzləməklə gərəkdiyində dərman preparatları ilə ağrını tamamilə aradan qaldırmaq mümkündür".

Soyuq hava baş ağrılarına təsir edən əsas amildir. Havanın qeyri-sabit keçməsi, xüsusilə də miqren xəstələrinə mənfi təsir göstərir.
Nevropotoloq bu xəstəliyin əlamətlərindən də söz açıb. Həkimin sözlərinə görə, bu tip ağrı daha çox qadınlarda rast gəlinir.

"Miqrendə başın bir və ya iki tərəfində ürək döyüntüsü kimi ağrı olur. Bu xəstəliyin əlamətləri, ürək bulanma, qusma, işıqdan, səsdən narahatçılıqdır. Yuxusuzluq, iştahsızlıq, stress, yorğunluq, tünd kofe içmək, tünd şokolad, pendir yemək, soyuq hava bu tip ağrıları artırır. İmkan daxilində bu qıcıqlandırıcı faktorlardan uzaq durmaq lazımdır"- deyə R. Əfəndiyev vurğulayıb.

Vətəndaşların əksər zaman ağrıkəsici dərmanlardan istifadə etdiyini bildirən həkim, bunun törədə biləcək fəsadlarından bəhs edib: "Bildirmək istəyirəm ki çox ağrıkəsici həblərdən istifadə etmək məsləhət deyil. Bu zaman da baş ağrıları azalmaq əvəzinə artır. Bir ayda 2-3 dəfədən artıq baş ağrıyarsa bu zaman həkimə müraciət edilməlidir. Müəyyən dərmanlarla bu ağrını azaltmaq olar".

Qeyd edək ki, 45-50 yaşdan sonra miqren ağrıları səngiyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.