Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN » Feat.Az Sekiller, Xeberler, Yazili

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

16 November 2017
446
0
Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN
Kəklikotu ən şəfalı bitkilər arasında yer tutur. Azərbaycanlıların ən sevdiyi bitki çaylarından bəlkə də birincisidir. Feat.Az sizə kəklikotu çayının saymaqla bitməyən faydaları barədə məlumat verir.

Boğaz ağrısı və öskürəyi kəsir

Kəklikotu çayının boğaz ağrısı və öskürəyə faydası var. Bu kimi şikayəti olanlar yeməkdən sonra gündə bir fincan kəklikotu çayı içə bilər.

İmmuniteti gücləndirir

Qışda qara çay əvəzinə istifadə edilən kəklikotu çayı qrip və ya müxtəlif infeksion xəstəliklərə qarşı qoruyur. Kəklikotu çayı immuniteti gücləndirərək qripin qarşısını alır.

Mədəyə faydası var

Kəklikotu çayının qastrit kimi mədə xəstəliklərinə faydalı olduğu deyilir.

Depressiyanı aradan qaldırır

Aparılan araşdırmalar nəticəsində kəklikotu çayının depressiyaya, beləliklə də, ruh sağlamlığına kömək etdiyi bilinir. Orqanizmdə olan depomin və seretonin hormonlarını hərəkətə keçirdiyindən kəklikotu çayını içənlərin hər hansı bir ruhi problem yaşadıqları görülməyib.

Xərçəngin düşməni

Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı da savaşmağa kömək edir.

Bağırsaq parazitlərini yox edir

Balla qarışdırılıb içilən kəklikotu çayının bağırsaq parazitlərini yox etdiyi bilinir.

Diş ağrısına kömək edir

Kəklikotu çayının ağız qarqarası olaraq istifadəsi diş ağrısının azalmasına kömək edir.

Bəlğəmi yox edir

Kəklikotu çayının içərisinə bir ədəd limon sıxaraq içdikdə bəlğəmi aradan götürür.

Gündə neçə stəkan içmək lazımdır?

Digər bitki çaylarında olduğu kimi, kəklikotu çayını da içərkən ölçünü artırmaq olmaz. Alternativ tibb mütəxəssisləri gündə 2 fincan kəklikotu çayının içilməsini məsləhət görürlər.

Kəklikotu çayı arıqladırmı?

Kəklikotu çayı həzm sisteminə fayda verir və qəbizliyi aradan qaldırır. Sırf bu xüsusiyyəti sayəsində kəklikotu çayı arıqlatma təsirinə malikdir. Eyni zamanda, kəklikotu çayının toksin atıcı təsiri olması bədəndə şişkinlik yaranmasının qarşısını alır. Şişkinliyə qarşı çaylar içmək əvəzinə kəklikotu çayı ilə zərərli toksinləri bədəninizdən ata və sürətli şəkildə arıqlama fürsəti yaxalaya bilərsiniz. Antioksidant xüsusiyyəti sayəsində bədəndə olan yağların yanmasına da nail olacaqsınız.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz