Ani qorxmaqla ŞƏKƏR XƏSTƏLİYİNƏ tutulmaq olar?

30 Kasım 2017
1 388
0
Ani qorxmaqla ŞƏKƏR XƏSTƏLİYİNƏ tutulmaq olar?
Bu yaxınlarda Türkiyə mediası 8 yaşlı uşağın valideynlərindən qorxması nəticəsində şəkər xəstəliyinə tutulması haqda məlumat yayıb. Bu xəbər ictimaiyyətdə narahatlıqla qarşılanıb.

Feat.Az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan həkim-endokrinoloq Nadira Ağazadə belə xəstəliklərin irsən keçdiyini deyib: “Belə hallar baş verə bilər,amma burada irsi faktorun rolu böyükdür. Yəqin ki, həmin uşağın ana-atasında, birinci dərəcəli qohumlarında şəkərli diabet olub və nəticədə uşaqda da həmin xəstəlik əmələ gəlib. Anidən qorxmaqla heç kim şəkər xəstəliyinə tutulmur”.

Uşaq endokrinoloqu İlsur Novruzov da bildirib ki, uşaqlarda şəkər xəstəliyi qəfildən yarana bilməz: “Ola bilsin ki, həmin uşaq şəkər xəstəliyini gizli şəkildə yaşayıb. Sadəcə, qorxu, stress xəstəliyin əlamətlərinin üzə çıxma prosesini sürətləndirib”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.