Həmyerlimiz Beynəlxalq Festivalın təşkilati komitəsinin üzvüdür

18 Şubat 2018
948
0
Həmyerlimiz  Beynəlxalq Festivalın təşkilati komitəsinin üzvüdür
Ükraynanın paytaxtı Kiyev şəhərində “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı işinə start verib. Festival dörd – ən yaxşı qısametrajlı komediya filmi,komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyalarında keçirilir. Festivalda Ukrayna ilə yanaşı,Polşa,Rusiya, Qazaxıstan və s. Sənət adamlarının işləri nümaiş etdiriləcək.Qeyd edək ki, festivalın təşkilat komitəsinə daxil olan şəxslərin içində həmyerlimiz, rejissor və ssenarist Tərlan Göycəli də var. Tərlan Göycəli saytımıza bildirib ki, Azərbaycan bu festivalda ayalnız bir – “məzəli foto” nominasiyasında təmsil olunur. Bu təmsilçimiz həmyerlimiz Arzu Mürvətovadır. Festivalda qalib qısametrajlı filmlər Ukraynanın müxtəlif şəhərlərinin kinoteatrlarında və bir sıra mərkəzi və regional TV kanallarda nümaiş etdiriləcək. Pyeslər və hekayələr eynilə, böyük şəhərlərin teatrlarında səhnələşdiriləcək, foto nominasiyasının qaliblərinin isə fərdi foto sərgiləri açılacaq. Festival və onunla bağlı bütün xəbərlər yerli mediada işıqlandırılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.