Soyuducudakı pis qoxuları aradan qaldıran ÜSULLAR

02 Mart 2018
1 214
0
Soyuducudakı pis qoxuları aradan qaldıran ÜSULLAR
Soyuducu ev əşyaları arasında bizim üçün ən əhəmiyyətli vasitələrdən biridir. Amma onu təmiz saxlamaq üçün müəyyən məqamlara diqqət etmək lazımdır. Çünki meyvə və tərəvəzlər müəyyən müddət soyuducuda qaldıqdan sonra orada xoşagəlməz qoxuların yaranmasına səbəb olur. Təbii ki, mütəmadi şəkildə soyuducunu təmizlədikdə həmin qoxulardan qurtulmaq mümkündür. Amma hər zaman da soyuducunu təmizləməyə vaxt olmur. Feat.Az-ın verəcəyi bəzi ip ucları ilə siz bu narahatçılıqlardan qurtulacaqsınız.



Qəhvə




Ağzı açıq şüşə kasanın içərisinə toz və quru qəhvə tökün. Bu kasanı 2-3 gün boyunca soyuducunuzda saxlayın.



Limon




Bir ədəd limonu dilimləyin. Həmin dilimləri soyuducunun bütün rəflərinə qoyun. Pis qoxuları aradan qaldırmaq üçün onları 3-4 gün saxlayın.



Vanil




Bir kasanın içərisinə vanil tökün. Pambığı azca isladıb vanilə batırın və soyuducu rəflərinizi silin. Möhtəşəm vanil iyi soyuducunuza rayihələndirəcək.



Yulaf



Bir kasanın içərisinə yulaf töküb, soyuducunun içərisinə qoyun. Bir neçə gün boyu yulafı soyuducunuzda saxlayın. Yulaf, eyni zamanda, meyvə və tərəvəzlərin təzə qalmasını təmin edəcək.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.