Son istifadə tarixi olmayan ev əşyaları - SİYAHI

10 Nisan 2018
1 420
0
Son istifadə tarixi olmayan ev əşyaları - SİYAHI
Yediyimiz qidaların son istifadə tarixləri üzərlərində yazılır və ona uyğun istifadə edib- etməyəcəyimizə qərar veririk. Ancaq evdə işlətdiyimiz elə əşyalar var ki, onların son istifadə tarixi bəlli deyil. Həmin əşyaların nə qədər zaman içərisində istifadə edilməli olduğunu və sağlamlıq baxımından nə kimi risklər daşıdığını bilirsiniz? Feat.Az son istifadə tarixləri bəlli olmayan və bu üzdən sağlamlıq üçün təhlükə yaradan ev əşyalarını diqqətinizə çatdırır.



Yastıqlar


Son istifadə tarixi olmayan ev əşyaları - SİYAHI

Yastıqların son istifadə tarixləri 2 ildir. Materialı nə olur-olsun, zaman keçdikcə sadəcə qurdlar üçün bir yuva halına gəlir. Bu nöqtədən sonrakı addım isə allergiyadır.







Başmaqlar




Başmaqlarınızı hər 6 aydan bir dəyişdirməyiniz məsləhət görülür. Əgər dəyişdirməsəniz, göbələklərin artması üçün münbit şərait hazırlamış olarsınız.





Əmziklər




Əmziklər lateksdən hazırlanıbsa, ömürləri 2-5 həftə arası sürər. Çünki bu material tez çatlayır və mikroblar ən kiçik çatlarda böyüməyə başlayar.





Diş fırçaları




Diş fırçalarının 3 ayda bir və ya daha qısa zamanda dəyişdirilməlidir. Diş fırçaları dəyişməzsə, üzərində qalan bakteriya və göbələklər üzündən, diş əti xəstəlikləri də daxil olmaqla infeksiya riski daşıyır.





Dəsmallar




Sıx-sıx istifadə olunan dəsmallar sadəcə 1 il istifadə olunmalıdır. 1 ilin sonunda dəsmallar atılmalıdır. Çünki müəyyən zaman sonra dəsmallar yuyulsa belə, üzərindəki allergen maddələr getməz və qısa zamanda qoxu yaranmasına səbəb olar.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.