Online oyunlardan asılılıq xəstəlik kimi tanındı - RƏSMİ

23 Haziran 2018
862
0
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı - RƏSMİ
Dünya Səhiyyə Təşkilatı online və videooyunlardan asılılığı rəsmən xəstəlik kataloquna daxil edib.

Feat.Az
xəbər verir ki, bu barədə "Deutsche Welle" radiosu məlumat yayıb.

"Dünya Səhiyyə Təşkilatı videooyunlara patoloji meylliliyi müstəqil diaqnoz kimi tanıyıb. Təşkilat oyunlardan asılılığı iyunun 18-də açıqladığı xəstəlik kataloquna daxil edib", - deyə xəbərdə bildirilir.

Qeyd olunur ki, diaqnozun qoyulması üçün meyarlar oyunun müddəti və davamlılığı üzərində nəzarətin itməsidir. Digər məşğuliyyətlərə nisbətən oyunlara üstünlük verilməsi, eləcə də neqativ nəticələrə baxmayaraq, oyunun davam etdirilməsi meyar kimi götürülüb.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.