Dünyanın ən uğurlu 6 universiteti

10 Temmuz 2018
1 278
0
Dünyanın ən uğurlu 6 universiteti
İnsanın təkamül tarixi dünyanın təkamül tarixi ilə müqayisədə çox qısadır. İnsan yazını kəşf etdikdən sonra sürətli şəkildə inkişaf etdik və daha sonra təhsil qurumları dünya tarixinin ayrılmaz hissəsinə çevrildilər. Bir dövlət nə qədər yüksək səviyyəli təhsil müəssisələrinə sahibdirsə, o qədər güclüdür.

Feat.Az
moneta.az-a istinadən bildirir ki, təəssüflər olsun, ölkəmizdən yalnız bir universitet (Bakı Dövlət Universiteti) dünyanın TOP 1000-liyinə daxil ola bilmişdir. Bəs hansı universitetlər qədim tarixə və ciddi uğurlara sahibdir? Gəlin birlikdə baxaq. Bununla bərabər ən qədim 2 elm cəmiyyətini də yazıya daxil etdik.

1) London Kral Cəmiyyəti/Britaniya Kral Cəmiyyəti (İngiltərə)

Qısa və ən geniş tanınmış adı "Kral Cəmiyyəti" (Royal Society) əsasən fizika sahəsində müzakirələri təşviq etmək üçün Robert Boyle-un öndərliyində bir qrup elm adamı tərəfindən 1660-cı ildə Londonda təsis edildi. Nyuton, Faradey, Robert Huk kimi məşhur elm adamları "Royal Society"nın rəhbəri olmuşlar.

2) Rusiya Elmlər Akademiyası (Rusiya)

Qotfrid Leybnitsin tövsiyəsindən sonra Böyük Pyotr tərəfindən Sankt Peterburqda 8 fevral 1724-cü ildə təsis edildi. Hazırda Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 888 həqiqi üzvü, 1112 müxbir üzvü, 606 akademiyasının professoru vardır.

3) Oksford Universiteti (İngiltərə)

Yarandığı tarix dəqiq bilinməsə də, 1096-cı ildə şəhərdə təhsilin olduğuna dair faktlar var. 58 Nobel mükafatçısına sahib Okford Universiteti Nobel Mükafatının bütün 6 sahəsində (Kimya, Fizika, Fiziologiya, Ədəbiyyat, İqtisadiyyat üzrə Nobel Mükafatı və Nobel Sülh Mükafatı) təmsilçiləri var. Universitet dünya universitetlərinin reytinqində 5-ci pillədədir.

4) Massaçusets Texnologiya İnstitutu (ABŞ)

Massaçusets Texnologiya İnstitutu 1861-ci ildə Massaçusets ştatının Kembridc şəhərində təsis edilib. Əsasən mühəndislik sahəsində adından söz etdirən universitet bu sahədə dünyada 1 nömrədir. Nobel Mükafatçılarının sayı 87-dir.

5) Stanford Universiteti (ABŞ)

Elon Maskın məzun olduğu və Stiv Cobsun tarixi çıxışını etdiyi Stanford Universiteti Kaliforniya ştatında 1891-ci ildə təsis edildi. Silikon Vadisinin təməllərini atan universitetin 55 üzvü Nobel Mükafatı qazanıb.

6) Kembridc Universiteti (İngiltərə)

Kembridc Oksford Universitetindən öz ərizələri yazaraq ayrılan elm adamları tərəfindən 1209-cu ildə təsis edildi. Şüarı "Bu yerdən biz maarifçilik və qiymətli biliklər əldə edəcəyik" olan universitetin 96 üzvü Nobel Mükafatı qazanıb. İsaak Nyuton, Stiven Hokinq, Çarlz Darvin, Çarlz Bebbic kimi alimlərin təhsil ocağı olan Kembridc dünyanı dəyişdirən əsas universitetlərdən biridir.

7) Harvard Universiteti (ABŞ)

Amerika Birləşmiş Ştatlarının ən qədim ali təhsil qurumu olan Harvard 1636-cı ildə təsis edildi. Barak Obama 11 fakultəsi olan universitetin hüquq fakultəsindən məzun olub. Həmçinin, Mark Zukerberq, Bill Qeyts və Ali Koç da bu təhsil müəssəsində təhsil alıblar. Bundan əlavə, kino ulduzları Mett Deymon və Natali Portman da Harvard məzunudur.

8) Zürix Universiteti

1833-cü ildə təsis edilən Zürix Universiteti Avropaın ilk dövlət universitetidir. Albert Eynşteynin təhsil aldığı universitetin məzunları 14 Nobel Mükafatını qazanıblar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.