Məktəblilər tətillərdə neçə gün evdə olacaq?

04 Kasım 2014
1 446
0
Məktəblilər tətillərdə neçə gün evdə olacaq?
Məktəblilər tətillərdə neçə gün evdə olacaq?

Bu barədə Təhsil Nazirliyindən bildiblər. Məlumata görə, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə qeyd edilir:

“4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür:

Birinci yarımil - 15 sentyabr - 29 dekabr;

İkinci yarımil - 6 yanvar - 31 may.



4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

6 gün payız tətili (12-17 noyabr);

7 gün qış tətili (30 dekabr - 5 yanvar);

8 gün yaz tətili (17-24 mart).

4.11. Birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilir. Hazırda həmin qərar qüvvədədir”.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.