Muncuq kimi dişlərə sahib olmağın pratik yolları
Dişlərinizi evdə asan və praktik üsullarla daha ağ bir görünüşə qovuşdura bilərsiniz.
Kalsiumun dişlərə olan faydası mübahisəsizdir. Yeməklərdən sonra kiçik bir parça pendir yeyərək diş minasını gücləndirə bilərsiniz.
Alma, yerkökü, heyva kimi sərt meyvələri qabığını yemək dişlər üçün olduqca faydalı. Bu sərt meyvələrin bir növ təbii diş fırçası olduğunu söyləmək səhv olmaz. Bundan başqa, dişlərə hər hansı bir zərər verməməsi də ən böyük müsbəti.
Qəhvə,çay kimi kofein tərkibli içkilər, dişlərin zamanla saralmasına yol açır. Bu mənada az istehlak etməyə diqqət göstərməli və ya bir damcıtökən köməyi ilə içməlisiniz. Bu şəkildə içkinin dişlərlə birbaşa təmasını da qarşısını almış olarsınız.Günortalar kimimiz məktəbdə kimimiz iş yerində diş yuma imkanı tapa bilmirik. Yeməklərdən sonra şəkərsiz bir saqqız çeynəyərək dişləriniz təmizlənməsinə yardımçı ola bilər, eyni zamanda bir az da olsa bakteriya əmələ gəlməsini qarşısını ala.
Bu əməli tətbiqlərlə həm ağappaq dişlərə sahib olacaq, həm də gözəlliyinizə gözəllik qatacaqsınız.