Dəvətikanının qurudulmuş kökünü çay kimi dəmləyib içmək faydalıdır

16 yanvar 2019
314
0
Dəvətikanının qurudulmuş kökünü çay kimi dəmləyib içmək faydalıdır
Dəvətikanı bir növ səhranın meşə zolağı sayılır. Açıq şəraitdə qum sürüşüb səhraya düşür, dəvətikanı isə dərin kökləri ilə qum axınlarının qarşısını alır. Hətta Abşeron şəraitində böyük həyətyanı sahəsi olanlar dəvətikanını kəsib qurudur, onları bir-birinə calayıb uzun məftiləbənzər bir dolaq yaradır, sonra isə quma batırırlar ki, qum axınlarının qarşısı alınsın.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, Abşeron yarımadasında dəvətikanından ən çox meyvə qurudulanda istifadə edirlər. Soyuducunun olmadığı vaxtlarda qışa ehtiyat yığmağa ehtiyac yaranırdı. Dəvətikanı yığılır və qurudularaq sıxılırdı. Yay vaxtı onun üstündə əsasən əncir qurudulurdu. İstər ənciri, istərsə də digər meyvələri qurudarkən onun hər tərəfdən yaxşı hava alması təmin edilməlidir. Təbii şəraitdə dəvətikanı həmin funksiyanı çox gözəl yerinə yetirir. Ən keyfiyyətli əncir qurusu sıxılmış dəvətikanının üstündə yetişdirilir.

Tibdə bitkinin yerüstü hissəsindən, bəzən də meyvə köklərindən istifadə edilir. Bitkinin tikanlı üst hissəsi, çiçəkləri və kökü müalicə vasitəsi kimi yararlıdır, lakin onun toxumları ilə əlaqədar heç bir təcrübə aparılmayıb. Çox güman ki, onu qurudarkən toxumlarından da istifadə edilir.

Dəvətikanının tikanlı yarpaqlı hissəsi adətən çay kimi dəmlənilir və spesifik, bir qədər də turş dada malikdir. Ödqovucu, tərqovucu və hərarətsalıcı xassəsi var. İshal, dizenteriya və babasildə tətbiq olunur. Quru yarpaqlarından dəmlənən çay mədə və onikibarmaq bağırsaq xorasında yaraları sağaltmağa kömək edir.

Böyrəkdə və öd kisəsində daş olanda, o cümlədən tərqovucu və sidikqovucu kimi dəvətikanının kökünü suda dəmləyib içmək olar. Bitkinin qurudulmuş kökü çay kimi dəmlənilib içiləndə hərarəti aşağı salır. Ondan hazırlanan dəmləmədən hemerroy, irinli yaralar, ekzema və s. zamanı xaricə vanna, yuyunma, islatma şəklində istifadə edilir. Bu zaman bitki iltihab əleyhinə və büzücü təsir göstərir.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
0

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sıradan Biri Yazılı Şəkilləri 2019 (1)
15:00
126

Sıradan Biri Yazılı Şəkilləri 2019 (1)

Qaraciyəri təmizləyən ƏSL MÖCÜZƏ
14:00
63

Qaraciyəri təmizləyən ƏSL MÖCÜZƏ

Ayrılıq Bürclərə Necə Təsir Edir - Fotolar
13:00
174

Ayrılıq Bürclərə Necə Təsir Edir - Fotolar

Harvard professoru uzun yaşamağın sirrini açdı
12:00
72

Harvard professoru uzun yaşamağın sirrini açdı

Bananlı çörək resepti
11:00
74

Bananlı çörək resepti

Səbəbim Yazılı Şəkilləri 2019 (57)
10:00
505

Səbəbim Yazılı Şəkilləri 2019 (57)

Tarixdə Bu Gün - 25 İyun
09:00
58

Tarixdə Bu Gün - 25 İyun

Sevgilim Yazılı Şəkilləri 2019 (34)
21:00
1 003

Sevgilim Yazılı Şəkilləri 2019 (34)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ