Azərbaycanlı qadının başını kəsən kişi tutuldu

09 Kasım 2014
1 641
0
Azərbaycanlı qadının başını kəsən kişi tutuldu
Azərbaycanlı qadının başını kəsən kişi tutuldu

Uşaq anasının bir kişi ilə dost olduğunu deyib.

2001-ci ildə uşağa baxmaq adı ilə Türkiyəyə gedən və öldürülən azərbaycanlı qadının meyiti 13 il sonra müəyyən edilib.

qadının başsız bədəni Şişlidə, başı isə Bakırköy sahilində tapılmışdı.

Tapılan qalıqların İstanbulda dayəlik edən 37 yaşlı T.D adlı Azərbaycan vətəndaşına aid olduğu üzə çıxıb. Cinayət hadisəsi ilə bağlı 51 yaşlı kişi saxlanılıb.

Məlumata görə, qadın 21 aprel 2001-ci ildə evdən çıxıb. Bundan sonra onu görən olmayıb. Hadisədən 6 gün sonra onun 14 yaşlı oğlu anasının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Uşaq anasının bir kişi ilə dost olduğunu, onun ailəni tez-tez narahat etdiyini deyib.

Polis bu istiqamətdə araşdırma aparanda başsız qadın cəsədi aşkar edilib. Cəsədin üzərində çox sayda kəsilmiş-deşilmiş xəsarətlər olub. Bundan sonra türk polisi Azərbaycana müraciət edərək qadının bəzi qohumlarının DNT nümunələrinin göndərilməsini istəyib. DNT araşdırmasından sonra ötən ilin noyabr ayında tapılan qalıqların Azərbaycan vətəndaşına aid olduğu bəlli olub.

Bundan sonra polis qadının oğlunun ifadəsi əsasında axtarışa başlayıb və qadının dostu olduğu iddia edilən kişini tapıb. Bəlli olub ki, qadın itən tarixdə adıçəkilən şəxs həkimdən belində sınıq olması ilə bağlı sənəd alıb. O, həkimlərə yağışlı yolda motosikletinin qəzaya uğradığını deyib.

Lakin polis onun qəzaya uğradığı yerlə qadının cəsədinin tapıldığı yerin bir-birinə çox yaxın olduğunu müəyyən edə bilib. Qətlin əsas şübhəlisi olan kişi bundan sonra saxlanılıb. Adı açıqlanmayan 51 yaşlı kişi məhkəmədə ifadəsindən sonra həbs edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.