Kosmetik vasitələr təhlükəlidir?

12 Temmuz 2022
1 846
0
Kosmetik vasitələr təhlükəlidir?
"Günümüzdə həm qadınlar, həm də kişilər müxtəlif kosmetik vasitələrindən istifadə edirlər. Kosmetikaların verdiyi təhlükənin zərərlərini biliəndən sonra sonra ən azından ya az istifadə etməli, ya da süni kosmetikaları daha faydalı olan vasitələrə dəyişə bilərsiniz. Elə bilməyin ki, bahalı kosmetik məhsullar faydalıdır. Reklama aldanıb nəinki dərinizi, bütün bədəninizi təhlükəyə atmayın".

Feat.Az
bildirir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov açıqlayıb.

Həkim vurğulayıb ki, insanların müvəqqəti gözəl görünmələri üçün bu məhsullara o qədər kimyəvi qatqılar qarışdırılır ki, bunlar orqanizmə zərərsiz ötüşə bilməz:

"Bütün kosmetik vasitələrin hazırlanmasında kimyəvi qatqı maddələrindən - ya hamısından ya da yarsından istifadə edirlər. Kosmetik vasitələrin gözəl parlaq, canlı, su tutucu, nəmləndirici, Günəş şüalarını sındırıcı, bronzlaşdırıcı, yumşaldıcı, təravətləndirici, aromatlaşdırıcı, rəngləyici, vaxtlarını uzatmaq üçün tərkibində olan stabilizatorların və s. hamısı kimyəvi maddələrdir. Onlar dəriyə çəkildikdən sonra dəri vasitəsilə bədənə sorulmağa başlayır, belə maddələrin çoxusu bədən tərəfindən xaric oluna bilmir, orqanizmdə depolanaraq xərçəngdən tutmuş, bütün sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar".

Mütəxəssis, orqanizmə bir çox ziyanları olan maddələri belə qruplaşdırıb:

1. Rəngləyicilər. Kosmetik vasitələrin daxilindəki rəngləyicilərin demək olar hamısı sintetik mənşəlidirlər. Belə rəngləyicilər ya matlaşdırıcı, ya bronzlaşdırıcı ya da parlaqlıq effektləri verməkdədrilər. Rəngləyicilər saç boyasına, sifət, dodaq makiyajı vasitələrinə, Günəş kremlərinə və s. qarışdırılır. Ümumdünya Səhiyyə Təşkilatı da bunları insan dərisi və sağlamlığı üçün olduqca təhlükəli saymaqdadırlar. Bunlar allergiya yaradır, dəridən sorularaq bədəndə sərbəst radikalların artmasına, daha sonra isə xərçəng və sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar.

Daha çox rəngləyici kimi titaniumdioksid maddəsindən istifadə olunur. Bu maddə nanotexnologiya üsulu ilə alınmış maddədir. Günəş şüası ilə təbii qaynaqları parçalayaraq korbonoksid və suya parçalanır, yəni dəriyə çəkdikdə dərini zaman- zaman parçalmağa başlayırlar. Ən təhlükəlisi isə budurki, bu hissəciklər o qədər balacadırlar ki, dəridən sorulduqdan sonra hüceyrənin içinə girə bilir, hüceyrənin genetik quruluşunu belə pozurlar.

2. Alüminium hidrooksid. Bu maddə kosmetikalara bronzlaşdırıcı (yəni kölgəni sındırma makiyajları) effekt verməkdədir. Həddindən artıq allergendir. Bir çox dövlətlərdə qadağan olunub. Dəridən sorularaq daha çox beyin toxumasında toplanırlar, bronzlaşdırıcılardan çox istifadə edən xanımlarda yaddaşsızılıq yaranır, uşaqların iflic doğulmasına səbəb olur.

3. Formaldehid. Formaldehid kosmetik vasitələrə qoruyucu, yəni saxanılma müddətini uzatmaq üçün və aromatlaşdırıcı kimi istifadə edilir. Sələfləri kimi oda həddindən arıq allergendir, allergik rinit, göz qızarması, astma, bronxit xəstəliklərinə səbəb ola bilir. Dəridən sorularaq mədə şirəsi ilə reaksiyaya girdikdə kanserogen maddə əmələ gətitirir, xərçəngə səbəb olur. Formaldehid həmdə çox güclü dezinfeksiyaedicidir.

4. Silikon. Daha çox makiyajlarda istifadə edilir. Sanki dəriyə sellofan yapışdırıb yaşayırsınız. Dərinin nəfəsalmasının qarşısını alır, dərinin təbii təravətini öldürür.

5. Oksibenzon. Günəş kremlərində istifadə edilən qatqı maddəsidir, dəridən çox asanlıqla qana keçə bilir. Qadınlarda endometrioza, hamilələrdə uşaq düşməsinə və uşaqların normadan kiçik doğulmasına səbəb ola bilir.

6. Paraaminbenzoat turşusu. Sifət nəmləndiricilərdə və Günəş kremlərinin hazırlanmasında istifadə edilir. Dəri xərçənginə səbəb olması sübut edilib.

7. Ftalat. Yumşaldıcı kimi parfümlərdə, lasyon, saç laklarında istifadə edilir. Qadınlarda süd vəzi şişlərinə səbəb ola bilir. Yetkinlik yaşına çatmamış qız uşaqlarında süd vəzilərinin inkişafının qarşısını alır.

8. Sink oksid. Müxtəlif kremlərin və şampunların tərkibində büzüşdürücü və göbələk əleyhinə qatqı maddəsi olaraq istifadə edilir. Dərini büzüşdürücü bir təsiri olduğundan dəridə qaşınmalara dərinin qalınlaşmasına səbəb olur.

9. SLS və paraben kimi maddələr şampunlara, yuyucu vasitələrə vurulur. Bunların ziyanlı təsirləri bütün dünya alimləri tərəfindən təsdiq edilib. Dərini qıcıqlandırmaqla bərabər həm də allergendir, dəridən sorularaq sisem xəstəliklərinin əmələ gəlməsini sürətləndirirlər.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.