Bal nəyin dərmanıdır və nə vaxt yemək lazımdır?

22 Ocak 2020
166
0
Bal nəyin dərmanıdır və nə vaxt yemək lazımdır?
Balın faydalarını saymaqla bitməz. Bəs balı nə vaxt yemək daha faydalıdır? Bal kimlər üçün tövsiyə edilimir?

Feat.Az
bildirir ki, həkimlər acqarına bir qaşıq bal yeməyin çoxlu sayda faydalarının olduğunu açlqlayıblar.
Bu məhsul qışda xüsusilə vacib olan immunitet sistemini gücləndirir.
Bal tərkibində çoxlu miqdarda qida maddəsi, o cümlədən B1, B2, B6, B12, E, K, C vitaminləri, karotin, alma və limon turşusu ehtiva edir.
Həkimlər yuxudan oyandıqdan sonra acqarına bal istifadə etməyi məsləhət görürlər. Bu zaman orqanizm maksimum fayda əldə edir. Əsas üstünlüyü soyuqdəymə ehtimalını azaltmasıdır.

Bu təbii şəkər mənbəyi infeksiyaya səbəb olan bakteriya və viruslara qarşı mübarizə aparır. Viruslara yoluxma, soyuqdəymə, zökəm zamanı öskürək əlamətlərini yüngülləşdirir və sağalmanı sürətləndirir.

Bal toxumaların maddələr mübadiləsini və qidalanmasını aktivləşdirir, günə enerji ilə başlamağa kömək edir, bədənə güc verir.

Eyni zamanda bal həzm sistemi üçün faydalıdır və mədə xoralarından qoruyan təbii dərmandır.

Balın başqa bir üstünlüyü ağız boşluğunda ağrı və iltihabı azaltmasıdır.

Həzm sistemində problem olanda da bal yemək məsləhətdir. Bu məhsul həm ishal, həm də qəbizliyin öhdəsindən gələ bilər.

Qeyd olunur ki, bal, arıçılıq məhsullarına allergiyası olanlar, həmçinin diabetli insanlar üçün əks göstərişdir. Bu halda həkimlərlə məsləhətləşmək lazımdır.
Digər hallarda, balın yüksək kalorili olduğunu, nəzarətsiz miqdarda qəbul ediləndə çəkinin artmasına səbəb ola biləcəyini də nəzərə almağa dəyər.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər