İmmuniteti "oyadan" içki - Yoqovskiy üsulu
Bir sözlə, sirri hələ də tam açılmamış, qədimdə əsilzadə və kralların içkisi olan bu çay koronavirus pandemiyasında yaşayanlar üçün vacibdir.
Feat.Az sirli Yoqovskiy çayının hazırlanma qaydasını təqdim edir:
Qazana 2 litr su alınır və qaynayana kimi odda saxlanılır. Qaynayan suya 7 ədəd mixək, 7 ədə kordamon, 2 çubuq darçın, çay qaşığı yarısı sarıkök, çay qaşığı qədər zəncəfil tozu (və ya 10 qr kökü) əlavə edilib qarışdırılır, 5 dəqiqə vam odda bişirilir.
Sonra bura 1 stəkan təzə süd əlavə edilir, tez qarışdırılır və yenidən qaynar hala salınır.
Ən sonda bir stəkan dəmlənmiş çay əlavə olunub, qapağı bağlanılır, oddan götürülür.
5-7 dəqiqə kənarda saxlanılıb, sonra isti-isti içilir. Artıq qalsa termosa tökülüb, gün ərzində içilməlidir. Tamı acı olsa, bal qata bilərsiz.