Həyatı 4 il uzadan MƏHSUL - Ekspert açıqladı

15 Haziran 2020
594
0
Həyatı 4 il uzadan MƏHSUL - Ekspert açıqladı
Uzunömürlülük üzrə ekspert Den Byuttner insan ömrünü uzadan ən yaxşı məhsulun adını açıqlayıb.

National Geographic-in peşəkar tədqiqatçısı Byuttner EatingWell nəşrinə bildirib ki, lobyanın gündəlik istehlakı insan həyatını uzadır.

Alim qeyd edib ki, hər gün 1 kasa bişmiş lobya istehlak edən insan həyatını 4 il uzada bilər.

Feat.Az bildirir ki, lobya zülal, lif, antioksidantlarla zəngin olduğundan insan sağlamlığına çox müsbət təsir edir, bağırsaq mikroflorasını yaxşılaşdırır, ürək-damar sistemi xəstəliklərindən qoruyur, immuniteti möhkəmləndirir.

Həmçinin lobya dəmir, maqnezium, fol turşusu kimi insan orqanizmi üçün vacib maddələrin zəngin mənbəyidir.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.