Ürəyin təhlükəli 10 ƏLAMƏTİ

26 Ekim 2020
602
0
Ürəyin təhlükəli 10 ƏLAMƏTİ
Ürək-damar sistemində problemlərin olduğunu bir çox əlamətlərə əsasən bilmək mümkündür. Mütəxəssislər hesab edir ki, diqqətli olmaqla bu əlamətlərdən vaxtında xəbər tutmaq, ciddi risklərin qarşısını almaq olar. Kardioloq-aritmoloq Günay Rəhimova ürəyin təhlükəli 10 simptomunu açıqlayıb.

Feat.Az onları təqdim edir:

1. Qola vuran ağrılar; bəzən hər iki, qola bəzən tək qola;

2. Dayanmayan öskürək;

3. Əllərin və ayaqların şişməsi;

4. Ürəkbulanma və iştahın azalması;

5. Narahatlıq;

6. Başgicəllənmə və ya huşun qısa zamanda itməsi (sinkop);

7. Rənginizdə dəyişiklik; avazıma və ya göyərmə;

8. Qəribə səpgilər ( ekzema ), ləkələr;

9. Yorğunluq;

10. Artmış tərləmə;

Ancaq bir nüansı unutmayın: Bu əlamətlər digər xəstəliklərdə də ola bilər və ya simptomlar heç xəstəliklə əlaqədar olmayıb keçici də ola bilər. Özünüzə diqqətli qulaq asın. Sadəcə, heç bir əlaməti, heç bir siqnalı diqqətsiz buraxmayın. Eyni zamanda da hər hansı bir əlamətdən anında təlaş keçirib, qorxmayın. Həkimlə məsləhətləşin. O sizə dəqiq yol göstərəcəkdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.