Qozdan hazırlanmış çox faydalı qida
Qozun tərkibində olan maddələr ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Qoz yemək qanın laxtalanmasını azaldır, tromb əmələ gətirmək riskini aradan qaldırır.
Şərq təbabətində yaşıl qozdan hazırlanmış dəmləmədən stenokardiya, aritmiya və infarkt xəstəliklərinin müalicəsində istifadə edilir. Qoz maaddələr mübadiləsinin də yaxşılaşmasında böyük rol oynayır.
Qozun kosmetalogiyada da istifadəsi öz keyfiyyətli bəhrsini verir. Yaşil qozun tərkibində olan yod qalxanabənzər vəzi xəstəlikləri zamanı çox faydalıdır.
Qozla balın qarışımından hazırlanmış qida vasitəsinin dəyərini isə həkimlər milyon dollarlarla ölçürlər. Çünki bu qarışım bütün xəstəliklərin dərmanıdır.