Dünya 9 yaşlı qızdan danışır

01 Aralık 2014
1 729
0
Dünya 9 yaşlı qızdan danışır
Dünya 9 yaşlı qızdan danışır


3 yaşından model işləyən 9 yaşlı Kristina Pimenova bir çox böyük qızın arzuladığı həyatı yaşayır.O, “Dolce&Gabbana”nın dəfilələrində iştirak edib, “Vogue” jurnalının uşaq versiyasının üz qabığında yer alıb, “Roberto Cavalli”, “Benetton” brendlərinin reklamında çəkilib və “Kinder” firmasının siması olub.

Kristina Britaniya KİV-nin versiyasına əsasən, “dünyanın ən gözəl qızı” elan edilib. Hazırda Kristinanın “Facebook”da 2 milyon, İnstagramda 300 mindən çox izləyicisi var. Onun anası, keçmiş model Qlikeriya Şirokova, demək olar ki, hər gün qızının fotolarını sosial şəbəkədə paylaşır. Atası isə futbolçu Ruslan Pimenovdur.

Bəziləri kiçik qızın bu yaşında model işləməsini tənqid edir. Məsələn, “Daily Mail” qəzeti:

“O, super model olmaq üçün çox gənc deyilmi?” sualı ilə oxucularına müraciət edib. Sosial şəbəkələrdəki digər istifadəçilər də onun yaşıdları kimi gəlinciklə oynamaq əvəzinə, jurnalların üz qabığında yer almasını sərt tənqid ediblər. Həmçinin, bəziləri Kristinanın kosmetikadan istifadə etməsini pisləyib. Gənc qızın anası sosial şəbəkələrdəki şərhlərə nəzarət etdiyini bildirib. O, bir neçə qaydaları “Facebook” səhifəsində yazıb:

“Bu səhifədə paylaşılan bütün şəkillərə yazılan şərhlər dostyana olmalıdır. Səhifəyə yerləşdirilən və müəyyən yaş kateqoriyasına uyğun olmayan videolar dərhal silinəcək, həmin şəxs isə blok ediləcək”.

Kristina öz şəkillərini paylaşmır və istifadəçiləri ilə dialoq qurmur. Bütün bunları onun əvəzinə anası edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.