Buş dövrü qayıdır?

19 Aralık 2014
1 087
0
Buş dövrü qayıdır?
Buş dövrü qayıdır?

ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı - Florida ştatının sabiq qubernatoru Ceb Buş artıq demək olar ki, 2016-cı ildə prezident postuna öz namizədliyinin irəli sürülməsinə qərar verib. O, bu barədə yaxın bir ay ərzində elan edə bilər.

Bu barədə Washington Post qəzeti məlumat verir.

Washington Post hesab edir ki, əgər Ceb Buş yanvar ayında prezident postu uğrunda mübarizə aparmaq qərarını açıqlasa və ya şanslarını öyrənmək üçün komitə yaratsa, onda o, öz potensial rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdə olacaq.

Qəzetin qeyd etdiyinə görə, ABŞ-da artıq 2016-cı ildə seçkilərdə iştirak etmək üçün donorların pulları və ən yaxşı siyasi texnoloqlar üzərində gizli mübarizə başlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.