"Hər güclü kişinin arxasında qadın durur" məsəli burada lap yerinə düşür.

20 Ekim 2015
2 505
4
"Hər güclü kişinin arxasında qadın durur" məsəli burada lap yerinə düşür.
"Hər güclü kişinin arxasında qadın durur" məsəli burada lap yerinə düşür.



Detroytda (ABŞ-ın şimalında Miçiqan ştatında yerləşən şəhər) elektrik şirkətlərində çalışan gənc mexanik həftədə 11 dollar müqabilində, gün ərzində 10 saat çalışırdı. Evə gəldikdə isə, çox vaxtlar gecəyarısı anbarında işləyirdi, yeni növ mühərrik ixtira etməyə çalışırdı. Atası oğlunun vaxtını hədər verdiyini hesab edirdi, qonşular onu dəli (havalı) adlandırırdı.

Heç kəs inanmırdı ki, bu məşğələlərdən nəsə bir işə yarayan bir şey çıxsın. Heç kəs, həyat yoldaşından başqa...
Həyat yoldaşı gecələr bir neçə saat başının üstündə kerosin lampasını tutaraq onun işləməsinə yardım edərdi. Əllər göyərirdi, soyuqdan dişlər bir-birinə dəyirdi, sözsüz ki, soyuqlayırdı da, amma... O ərinə elə inanırdı ki!

İllər keçdikdən sonra anbardan sevinc hay-küyü çıxdı. Qonşular "dəli" və onun arvadının küçədə atsız arabada necə getdiyini görürlər. Əcaib adamın adı Henry Ford (1863-1947) idi.
Forddan bir jurnalist müsahibə aldığı zaman, başqa bir həyatda Fordun nə olmaq istədiyi barədə maraqlanır, dahi sadə bir cavab verir:

"Kim olur olsun... Təkcə həyat yoldaşım yanımda olsun"...
Henri Ford amerikalı sənaye sahibi, bütün dünya üzrə avtomobil istehsalının üzrə zavodların sahibi, ixtiraçı, 161 ABŞ patentinin müəllifidir. Onun şüarı "Hər kəs üçün avtomobil" olmuşdur. Fordun zavodu avtomobil istehsalı tarixinin başlanmasında daha çox ucuz avtomobillər buraxırdı. «Ford Motor Company» bu günkü günə qədər mövcuddur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Maraqlı bir xeberdi insanı düşündürmeye vadar edir esilinde heyat yoldaşı çox bir şey etmeyib sadece onun yanında olub
  2. SaFFron
    Necədə maraqlı hekayəsi var Henri Fordun.Cavabını çox bəyəndim,elə həyat yoldaşını kim istəməz ki.Ümumiyyətlə kişi qadın fərq etməz,yaxşı həyat yoldaşı olanlar özlərini xoşbəxt hiss edə bilərlər.İnsanın yanında ona daima inanacağı birinin olması gözəl hisdir..Həyat yoldaşı ona inanmasaydı bəlkədə heç o uğuru qazana bilməzdi..Çox maraqlı xəbər oldu mənimçün,paylaşdığınızçün çox sağolun.
  3. SindireLLa
    Məlumata görə təşəkkür.
  4. ALA GOZ
    tesekkurler muellife melumat ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.