Məşhurların məşhur olmadan öncə çalışdığı sahələr

09 Haziran 2016
1 307
0
Məşhurların məşhur olmadan öncə çalışdığı sahələr
Məşhurların həyatı hər zaman diqqət mərkəzində olur. Təkcə məşğul olduqları peşə ilə deyil, həm də şəxsi həyatı ilə diqqət mərkəzində olan tanınmış insanların bu dəfə də məşhurlaşmadan öncə nə işlə məşğul olduqlarını araşdırdıq. Bəlli oldu ki, onlar ən müxtəlif sahələrdə işləyiblər. Beləliklə, sevdiyimiz sənət adamlarından bəzilərinin məşhur olmadan öncə çalışdığı sahələr...

Dünya ulduzları

Məsələn, Denni Devito məşhur olmadan öncə cənazə törənlərinin təşkili ilə məşğul olub. Denzel Vaşinqtonsa bərbərxanada təmizlikçi işləyib. Hətta tualet təmizlikçisi işləyən məşhur da var, belə ki, Cenifer Eniston tualet təmizləyib. Hamımızın sevdiyi gözəl aktrisa Culia Robertsə ofisiant olaraq çalışıb. Tarixi filmlərdən tanıdığımız, filmlərdə qəhrəman obrazında gördüyümüz Rasl Krou qadınların əyləndiyi gecə klubunda nəzarətçi olub.
Gəlin, bir anlığa Sandra Ballakı barmen kimi təsəvvür edək. Çünki bu aktrisa barmen olub. Tom Kruzu kilsədə canlandırmaq yəqin bir çoxlarına çətindir, amma bu faktla da razılaşmalı olacağıq.

Türk ulduzlarının keçmişi

Lirik mahnılar ustası kimi tanıdığımız Rafət El Roman indi sevə-sevə dinlədiyimiz səsini əvvəl insanları namaza səsləmək üçün istifadə edib, yəni müəzzin olub.
Cem Yılmaz əvvəllər dərgilərdə karikatura çəkib.
İndi proqramını izlədiyimiz Bəyazid Öztürkü bir anlığa ciddi biri olaraq təsəvvür edin. Çünki o radio aparıcısı olaraq çalışıb.
İbrahim Tatlısəs inşaatda çalışanda səsi ilə hər kəsi heyran edib.
Uca boyu, oynadığı rollardakı xarakteri ilə o dövrün qadınlarını özünə aşiq edən Cüneyt Arkın sən demə həkim işləyibmiş.
Türk musiqi sənətində öz dəsti-xətti olan Yıldız Tilbə isə alverçi olub. Amma bu müğənni səhnəyə gələnə qədər bir çox sahələrdə işləməli olub. Uşaq baxıcısı, tikiş atelyesində işçi...

Azərbaycanın məşhurları

Bu sualla bir çox məşhura müraciət etdik. Bəlli oldu ki, bizim məşhurlar da onları tanımadan öncə müxtəlif işlərdə çalışıblar. Məsələn, Tünzalə Ağayeva Tovuz rayonunda musiqi məktəbində pianino müəllimi işləyib.
Aktrisa Mehriban Xanlarovasa hədiyyələr və oyuncaqlar fabrikində satışa buraxılmadan öncə məhsulları nəzarətdən keçirıb.
Aktyor Bəhram Bağırzadəyə bu sualla müraciət etdik. Bəlli oldu ki, səhnədə hamını güldürən aktyorun üzünə həyat heç də gülməyib. O, Şıxov cimərliyində “butulka” yığırmış.
Başqa bir aktyorumuz İlqar Cahangir isə tikinti şirkətində fəhlə işləyib.
Demək ki, bizim sevdiyimiz məşhurlar da sadə insanlar kimi ən adi işlərdə çalışıb. Amma fərq ondadır ki, sonradan tale bu insanların üzünə gülüb və onlar milyonların tanıdığı, sevdiyi insanlara çevriliblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.