“Anam kimə desə, ona da ərə gedəcəm” - Rəqsanənin qızı

06 Ocak 2015
2 927
6
“Anam kimə desə, ona da ərə gedəcəm” - Rəqsanənin qızı
“Anam kimə desə, ona da ərə gedəcəm” - Rəqsanənin qızı

əməkdaş ilə söhbətində Aysun “Bir vaxtlar nişanlanmağınızla bağlı xəbər yayıldı. Hətta yaxın günlərdə təmtəraqlı nişan olacağını deyirdiniz. Necə həyat yoldaşı arzulayırsınız” sualına belə cavab verib: “Hələ ailə qurmaq istəmirəm. Heç vaxt gələcək həyat yoldaşımın necə olacağı haqda düşünməmişəm. Mənim üçün bu dəqiqə ən vacibi sırf işimdir. Gələcəkdə hansı zirvəyə qalxa biləcəyimi planlaşdırıram. Ailə quracağım insana gəldikdə isə, ən önəmlisi odur ki, düzgün və dürüst olsun. Bu, mənə bəs edər. Anam kimə desə, ona da ərə gedəcəm, seçimi ona vermişəm. Mən qarışmıram. Anam insanları məndən daha yaxşı tanıyır”.


Moda evindən danışan Aysun böyük açılışa hazırlaşdığını bildirib: “Martın 8-də mağazanın açılışı olacaq. Türkiyədən qonaqlarımız gələcək. Onların arasında müğənni Ozan Köçər də yer alır. Dəfilədə başqa maraqlı nüanslar da olacaq”.


Yanvarın 7-də 18 yaşını qeyd edəcək modelyer arzularını dilə gətirib: “Özümə arzum o ola bilər ki, işimdə istədiyim yeri tutum, ayaqlarımın üstündə dura bilim, ən əsası xoşbəxt olum. Anam sürpriz hazırlayıb, amma nə olduğunu bilmirəm. Deyirlər, maşın alıb. Ancaq inanmıram. Çünki mən istəyirəm maşın alsın, deyir olmaz, sən sürə bilməzsən. Alsam da, sürücü idarə edəcək, sən arxada əyləşəcəksən. İndi də onsuz belədir, nə fərqi olacaq? Ad günümü dostlarımla qeyd edəcəm, kənar insanlar olmayacaq”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
ilya
  • ilya
  • 7 Ocak 2015 18:05
Serh yazmısdım goren nıye sılınıb?
Mr.RiDDicK
atasi dese guya getmez
Drea..
hə hə çox görmüşüy bele deyenleri) neyse xebere gore saool
Dear..
Biləm oxudum yaman ağıllıdı))
Təşəkkürlər
PreNseS
Tewekkur xebere gore
Kıvırcık
ne agilli qizdiye maşallah 53
RƏY ƏLAVƏ ET