Android telefonlarla baglı 5 suala cavab.

24 Ocak 2015
7 641
0
Android telefonlarla baglı 5 suala cavab.
Android telefonlarla baglı 5 suala cavab.


Android nədir? Nə üçün istifadə olunur? Ən çox soruşulan 5 sual və cavabları…

Texnologiya dünyası ilə yaxından-uzaqdan əlaqəniz yoxdursa və tez-tez eşitdiyiniz “Android” sözünün nə məna daşıdığını və nə işə yaradığını bilmək istəyirsinizsə bu yazı sizə kömək edə bilər. Texnologiya ilə maraqlananların Android haqqında ən çox soruşduğu 5 sual və cavabları…

SUAL 1: Android nədir?

Android, mobil telefon və tablet kimi mobil cihazlarda istifadə olunan, “Google” şirkəti tərəfindən hazırlanmış əməliyyat sistemidir. Yəni evdə və ya ofisdə istifadə etdiyiniz kompüterdəki Windows nə nə üçün istifadə olunursa, Android də mobil cihazlarda eyni funksiyanı yerinə yetirir. “Apple” şirkətinin istehsal etdiyi iPhone telefonlar və iPad tabletlərdə isə iOS adlı əməliyyat sistemi istifadə edilir. iOS əməliyyat sistemi sadəcə “Apple” cihazlarında istifadə olunur. Amma Android əməliyyat sistemi “Samsung”, “HTC”, “LG”, “Sony” və “Motorola” kimi bir çox fərqli istehsalçı tərəfindən istifadə edilməkdədir.


Android və iOS-dan başqa mobil əməliyyat sistemi kimi; BlackBerry telefonlarında BlackBerry OS, bəzi orta səviyyəli Samsung telefonlarda Bada, bəzi Nokia telefonlarında Symbian və yeni çıxan nisbətən bahalı modellərdə “Microsoft”un yeni istifadəyə verdiyi Windows Phone 8 istifadə olunur.

Əməliyyat sistemi bir cihaz üçün xüsusi əhəmiyyətə malikdir. Hazırlanan hər bir tətbiq həmin əməliyyat sisteminə uyğun yazılmalıdır.

SUAL 2: Android sözündən sonra bəzən rəqəmlər və şirniyyat adları yazılır. Bunlaın mənası nədir?

Həmin adlar və rəqəmlər Android əməliyyat sisteminin versiya nömrələri və bu versiyalara verilən adlardır. Bu adlar və versiya nömrələrini kompyuterinizdəki Windows XP, Windows Vista, Windows 7 vs kimi fikirləşə bilərsiniz. Hamsı Windows-dur amma hər yeni versiya bəzi yeni xüsusiyyətləri özündə birləşdirir və daha güclü təchiz olunmuş cihaz tələb edir. Android üçün bu vəziyyət eynidir. Hər yeni versiya yeni xüsusiyyətlər malik olur və daha güclü telefon modeli tələb edir.

Aprel 2009 - Android 1.5 Cupcake
Sentyabr 2009 - Android 1.6 Donut
Oktyabr 2009 - Android 2.0 və 2.1 Eclair
May 2010 - Android 2.2 Froyo
Fevral 2011 - Android 2.3 Gingerbread
Fevral 2011 - Android 3.0 Honeycomb (Bu versiya xüsusi olaraq tabletlər üçün hazırlanıb)
Oktyabr 2011 - Android 4.0 Ice Cream Sandwich
İyul 2012 - Android 4.1 Jelly Bean
Oktyabr 2012 - Android 4.2 Jelly Bean (Eyni vaxtda iki tətbiq istifadə etmək xüsusiyyəti)
Hal- hazırda Android 2.3 Gingerbread-dan aşağı versiya istifadə edən cihaz demək olarki istifadə olunmur.

SUAL 3: Bu yenilənmə nədir? Necə həyata keçirilir?

Aldığınız telefondakı Android versiyasından sonra yeni bir versiya istifadəyə verilibsə və telefonunuzda həmin versiyanı istifadə edə bilmək üçün yeniləmə həyata keçirməlisiniz. Telefonunuzun yeni versiyanı istifadə edə bilməsi üçün əvvəlcə istehsalçı şirkətin o modelə uyğun xüsusi yeniləmə paketi hazırlanmalıdır.

Bu iş müəyyən vaxt aparacağına görə bəzi modellər üçün yeniləmə daha tez istifadəyə verilməsinə baxmayaraq, bəzi modellər üçün müəyyən müddət gözləmək lazım olacaq. İstehsalçı şirkət sadəcə yeni versiyanı işlədə biləcək gücə sahib olan modellər üçün yeniləmə paketi hazırlayır. Yəni istifadə etdiyiniz telefon lazımi tələb olunan göstəricilərə cavab vermirsə yeni versiyanı telefonunuza yükləyə bilməyəcəksiniz.

PHOTO

“Google”un öz brendi olan Nexus model telefon və tabletlərdə digər istahsalçıların cihazlar üçün yenilənmə daha tez hazır olur.

Yeniləmə əməliyyatı xüsusi bir bacarıq tələb etmir, əgər yeni bir versiya istifadəyə verilibsə və istehsalçı şirkət sizin istifadə etdiyiniz model üçün yeniləmə paketi hazırlayıbsa internetə qoşulduğunuz da telefonun ekranında yeniləmə ilə bağlı məlumat görəcəksiniz. Bu paketin ölçüsünün böyük olma ehtimalından və prosesin müəyyən zaman tələb edəcəyini nəzərə alaraq evinizdəki və ya iş yerinizdəki Wi- Fi vasitəsilə yeniləməni yükləməyiniz məsləhət görülür.

SUAL 4: Android üçün tətbiqləri hardan və necə yükləmək olar? Tətbiqlər pulsuzdurmu?

Android tətbiqlərini Google Play (köhnə adı Android Market) adlı tətbiq mərkəzinə daxil olaraq mobil cihazınıza yükləyə bilərsiniz. Google Play- dən başqa Samsung Apps və ya müxtəlif mobil operatorların öz abunəçiləri üçün istifadəyə verdiyi Android tətbiq mağazaları da mövcuddur.

Əsas fikir verməyiniz lazım olan məsələ “Google”, “Samsung” və operatorlara məxsus təhlükəsiz mağazalardan başqa internetdə mövcud olan hər tətbiqi cihazlarınıza yükləməyiniz məsləhət görülmür. Xüsusilə müxtəlif saytların forumlarında pulsuz oyun olaraq təklif olunan tətbiqlərin bir çoxunda viruslar mövcuddur.

Google Play- dən bir tətbiq yükləmək üçün “Google”da hesabınız olmalıdır. İstifadə etdiyiniz Gmail e-poçt ünvanınız varsa onunla da sistemə daxil ola bilərsiniz. Əgər yoxdursa telefonunuz vasitəsilə pulsuz qeydiyyatdan keçə bilərsiniz.

Google Play və digər tətbiq mərkəzlərindəki tətbiqlərin çoxu pulsuzdur amma bunların bir çoxunun içərisində reklam mövcuddur. Bundan başqa içərisində reklam olmayan xeyli pullu tətbiqlərdə mövcuddur.

Facebook, Twitter, FourSquare, Instagram, Angry Birds, Temple Run kimi bir çox məşhur tətbiqləri və oyunları telefonunuza yükləyə bilərsiniz.

Yükləmə əməliyyatı üçün telefonunuzda Google Play tətbiqini işə salıb, Google hesabınızla daxil olduqdan sonra əmələ gələn ana səhifədə istədiyiniz tətbiqi rahatlıqla seçib yükləyə bilərsiniz.


SUAL 5: Şəkillərimi, videolarımı Android telefonuna necə yükləyə bilərəm?

Bunu edə bilmək üçün iki fərqli yol var. Ən asan yolu, telefonunuzla birlikdə USB ötürücünü kompyuterinizə birləşdirib drag and drop funksiyası ilə telefonunuzun yaddaşına köçürə bilərsiniz. Telefonunuzla çəkdiyiniz şəkil və videoları da eynilə drag-drop funksiyası ilə kompyuterinizə ata bilərsiniz.

İkinci metod isə Dropbox tətbiqini istifadə etməkdir. Əvvəlcə pulsuz Dropbox tətbiqini yükləyib bir hesab açın. Daha sonra telefonunuzdakı sənədləri Dropbox hesabınıza yükləyin. Daha sonra istədiyiniz vaxt kompyuterinizdən www.dropbox.com ünvanında istifadəçi adı və şifrənizlə daxil olaraq telefonunuzla yüklədiyiniz həmin materialları kompyuterinizə yükləyə bilərsiniz. Beləliklə həm çox rahat, həm də hər hansı USB vasitəçiyə ehtiyac olmadan yükləmə və köçürmə əməliyyatını həyata keçirmiş olacaqsınız.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.