Qadın...

28 Ocak 2015
2 276
0
Qadın...
Qadın...


Adın qadın.....
Uşaqlıq qayğın
ata-ananın oldu,
gözəlliyin yadın .
Cəsədin.....qara torpağın...

Gözəl vücudun kişilərdən çox qadınların yuxusunu ərşə çəkdi şübhələrin qara rəngilə.
Onlar ərlərini qucaqlayıb yatanda, sən dizlərini qucaqlayıb ağladın.
Qadınların tənəli baxışlarından, qarğışlarından, kişilərin ehtiraslı öpüşlərindən keçib və tək qaldığında göz yaşlarından içib qəhqəhə çəkdin
bu həyata.....

Qadın...

Gülüşlərinin acılığı maraqlandırmadı heç kəsi.
Gözəllik dünyanı....məhv etdi.
Dünyanın ən pis yoluna düşdün gözəllik üzündən.
Bu yolda ayağının sürüşməyindən, kişilərlə görüşməyindən danışdılar.
Dəyişdirin bu dünyanını dünyasını
Badələrə süzülən baxışlarında ,
Badə-badə qanını içdin dünyanın.
Səni heç kim anlamadı.....

Səndən kəsənlər, səninlə bir masada çörək kəsənlər kəsəcəklər nə vaxtsa haqq-salamı.
Bir yolun qalacaq onda
Özünü
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən atmaq.
Zatən insanların gözündən düşməklə intihar etmisən artıq.....


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.