Əmziyin xeyri ve ziyanı

31 Ocak 2015
5 581
0
Əmziyin xeyri ve ziyanı
Əmziyin xeyri ve ziyanı



Əmziyin xeyri ve ziyanı



Əmzik ani körpə ölümü sindromu riskini azaldır.Körpənin sevimli meşğuliyyətlərindenə biri də əmzikdir. Bir çox körpələr güclü əmmə refleksinə sahibdirlər. Hetta bəzi körpələr bətndə ikən əlinin baş barmağını, ya da digər barmaqlarını əmir.Əmzik “mız-mız” edən körpəni sakitləşdirir.Körpələr əmzik əmərkən daha şən olurlar.Əmzik hem de körpeni müvəqqəti olsa belə,ağlamağa qoymur, onu ovundurur,körpənin yeməyini hazırlamaq üçün anaya vaxt qazandırır. Əmzik körpəyə peyvəndlər vurulanda, yaxud qangötürme zamanı istifadə olunur, uşağın yuxuya getməsinə yardımçı olur, ani körpə ölümü sindromu riskini azaldır.Erken vaxtlarda əmzik əmən körpədə ana südü ile qidalanma çətinləşə, hətta orta qulaq infeksiyası riski arta bilər.Əmzikdən uzun müddət istifadə etdikdə dişlərdə də problemlərin meydana çıxması mümkündür. Körpənin ilk illərində əmzikdən normal istifadə bu problemə yol açmır. Ancaq daha uzunmüddətli emzik üst və ön dişləri kenara doğru istiqamətləndirir,çıxan dişlərin düzgün sıralanmasına mane olur.Körpə ana südü ilə qidalanırsa,mütəxəssislər onun yalnız 1 aylığından sonra əmzikdən istifadə etmesini məsləhət görürlər.Körpəniz hər dəfə ağlayanda əmzik verməyin. Əmziyin forması ve davamiyyət müddəti də çox önəmlidir.Körpənizin əmziyə alışmasına icazə verin. O,əgər əmziklə maraqlanmırsa, yenidən tekrarlayın. Körpəniz yatarken əmzik ağzından düşürsə, tekrar verməyin.Əmziyi təmiz saxlayın ve tez-tez dəyişin, körpəyə verməzdən əvvəl sabun ve su ile yuyub yaxşıca qurudun. Köhnəlmiş ve ya çatlamış əmziyin parçaları qopa bilər, bu isə körpə üçün tehlükəlidir. Körpənizin yaxasında qalması üçün əmziyə heç vaxt ip taxmayın,bu, körpənin boynuna dolana bilər.Əgər körpəniz qulaq infeksiyası kimi bir xəstəliyə yoluxubsa, 6 aylıq olduqdan sonra əmziyi ona tərgitdirin


Əmziyin xeyri ve ziyanı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.