Hər gün, hər saat, hər an savaşdayıq

03 Şubat 2015
1 041
0
Hər gün, hər saat, hər an savaşdayıq
Hər gün, hər saat, hər an savaşdayıq

Müharibə vəziyyətindəyik, hər gün, hər saat, hər an savaşdayıq.

Və bu savaşdan qaçış yoxdur, insanoğlu son nəfəsinə qədər savaşmağa məhkumdur. Yaradılış hikmətimizdir bu savaş. Qarşımızda elə bir düşmən var ki, bir an olsun belə gözünü bizdən ayırmaz, hücum üçün münasib fürsət güdər. Kimsə bu savaşdan kənarda deyil, əslində bu savaş insan oğlunun qədəridir, taleyidir. Bu savaşdan qalib və ya məğlub çıxmağımız isə ancaq ömrün sonunda, son nəfəsdə bəlli olur. Bu savaş əbədi savaşdır. Gücünü səfərbər edib düşməni yerə sərən adəm oğlu Allahı fərəhləndirər. Allah-Təala mələklər qarşısında qürur duyar itaətkar, sadiq bəndələriylə. Bu savaşdan imtina etmək Alah-Təalanın əmrindən boyun qaçırmaqdır, Onun yolundan çıxıb, düşmənin yoluna girməkdir, ən qəddar düşməninin, qatilinin köləsi olmaqdır. Bu dünyada bir şeytan gerçəyi var və adəm oğlu o gerçəklə üz-üzə gəldikdən sonra özünü tanıyır, şeytan testindən keçəndən sonra kim olduğunu bilir. O testdən keçəndən sonra da adəm oğlunun öz aqibəti üçün kimdənsə inciməyə, kimisə suçlamağa haqqı olmaz.

Qurani-Kərim şeytanı bizə ən açıq ifadələrlə tanıdır: “O sizin açıq-aydın düşməninizdir”.

Şeytan haqqında yetərli bilgiyə sahib olmalıyıq ki, onun ovcuna düşməyək, ovu olmayaq. Qurani-Kərim onun xarakterik cizgilərini bizə göstərir, Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədisi-şəriflərində onun haqqında ətraflı bilgilər verir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.