Təkəbbürlülük

08 Şubat 2015
1 433
0
Təkəbbürlülük
Təkəbbürlülük

Abdullah ibn Amr (r.a) rəvayət edir ki, biz Peyğəmbərin (s.a.s) yanında oturmuşduq.

Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi.
O gəlib Peyğəmbərin (s.a.s) başının üstə durub dedi:

“Sizin qardaşınız hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır.
Peyğəmbər (s.a.s) onun cübbəsinin ətəyindən tutub dedi:
“Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?”
Sonra (sözünə davam edib) dedi:
“ALLAHın peyğəmbəri Nuh (s.a.s) vəfat edərkən oğluna belə demişdi:
“Mən sənə vəsiyyətimi söyləyirəm:

Sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə “Lə ilahə illəllahi” (ALLAHdan başqa məbud yoxdur.) əmr edirəm.
Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və “Lə ilahə illəllah” digər gözünə qoyulsaydı, bu tövhid kəlməsi ağır gələrdi.
Və əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, “Lə ilahə illəllah” onu sındırardı.
(Həmçinin) Sübhanəllah (ALLAH pak və müqəddəsdir) və bihamdihi (ALLAHa həmd olsun) kəlmələrini (əmr edirəm).
Çünki bu kəlmələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi sənə qadağan edirəm:
(ALLAHa) şərik qoşmağı və təkəbbürlük etməyi.

(Peyğəmbərə (s.a.s)) deyildi ki:

“Ey ALLAHın elçisi! Bu şirki bildik. Bəs təkəbbürlük nədir?
Məgər birimizin özündə olan (gözəl) əbasını geyməsi təkəbbürlükdürmü?”
(Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi.
(Kişi) dedi: “Məgər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların olması təkəbbürlükdürmü?”
(Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi.
(Kişi) dedi: “Məgər birimizin minəcək heyvana sahibi olması təkəbbürlükdürmü?”
(Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi.

(Kişi) dedi: “Məgər birimizlə oturub-duran dostların olması təkəbbürlükdürmü?
(Peyğəmbər (s.a.s)): “Xeyr”- deyə cavab verdi.
(Kişi) dedi: “Bəs təkəbbürlük nədir, ya Rəsulallah?”
(Peyğəmbər (s.a.s)) dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır


R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.