Sevgi...

09 Şubat 2015
3 268
0
Sevgi...
Sevgi...

Qəmli gözlərimdə olan dərdimi
Bəlkə bir baxışdan anlayacaqsan.
Onunçün qaçırdım gözümü səndən
Illərlə verdiyin qüssə,qəmi də
Gizli sevgimi də bildirmədim mən.
Maraqlıdı…Şeiri,sənəti sevməyən dilbər
Amma xəbərsizdi….

Ona həsr edilir bütün şeirlər…
Şeirə,sənətə soyuq bir insan
Necə isti sevgi gözləyim ondan?!
Soyuq baxışlarla o baxır hərdən
Soyuq baxışlardan üşüyürəm mən.
O soyuq baxışlı,o soyuq qəlbli
Anlamır günbəgün əriyirəm mən..
Anlamır,anlamır o susanda da
Onun səssizliyini dinləyirəm mən


Sevgi...

Gözlərimin içinə bir dəfə baxsan,
Verdiyin əzabdan sən utanaraq
Birdə o gözlərə baxmayacaqsan.
Dil deyə bilməyəni qışqırır gözlər,
Sən isə bu səsə hələdə karsan.
Sevənin dərdini tək sevə bilər,
Çətin ki bunları sən anlayarsan.
Məhəbbət,sevgini bilməyən şəxsdən
Olmayan eşqindən bir pay istədim.
O isə bu “eşq”i gizləyib məndən,
Başqa birisinə verəcək yəqin.
Gözlərim hər yerdə axtarır səni.

Səni görməzdən gəldim…
Sən isə küsdün.
Bu böyük eşqimin görməzliyini
Mən üzə vurmadım.
Buna nə sözün?!

Sevgi...

Gözümün içinə bir dəfə baxsan
Ey qatil baxışlı,bu baxışlarla sən
Hələ çox insandan can alacaqsan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.