Limonun inanılmaz faydaları

08 Şubat 2015
1 657
0
Limonun inanılmaz faydaları
Limonun inanılmaz faydaları

Ləzzət qatma: Limon , güclü sitrus meyvələri dadı verən məşhur bir meyvədir. Bu dad qabığındakı yağlardan gəlir. Tipik olaraq bəzəmədə istifadə edilən limonu, yeməyin tərifinə görə uzun dilimlər halında kəsə ya da kiçik-kiçik doğraya bilərsiniz . Yeməklərə limon ləzzəti qatmaq üçün , yalnız limon qabığının xarici parçasını rəndələyin və ya iti bir bıçaqla incə-incə dilimləyin. Daha acı olan altdakı ağ qisimdən uzaq durun.

Gremolata etmək: Gremolata - İtaliyada məşhur olan, ət, balıq, dana əti, salat və yeməklərində sıx istifadə edilən bir çeşnidir. Sarımsaq və sitrus meyvələri dadını sevirsinizsə gremolata duz və bibərin yerinə xidmət edilə bilər. Gremolata üçün , bərabər nisbətlərdə limon, sarımsaq və cəfərini qarışdırın. Bir neçə damla zeytunyağı sarımsaq dadının sıxlığını azaldar.

Pörsümüş salata can verər: Heç bir şey büzülmüş, pörsümüş salat qədər pis ola bilməz. Ancaq , limon salata ikinci bir can verər . Özünü buraxmış göyərtiləri əvvəlki ləzzətli vəziyyətinə gəlməsi üçün , bir kasa soyuq suyun içinə yalnız yarım limon sıxmanız lazımdır. Sonra kasanı bir saat qədər soyuducunda gözlədin, göyərtiləri çölə çıxarıb qurulayın .

Qoruma vəsaiti: Limonlar , yeni kəsilən bir çox meyvəni qaralmaqdan qoruyur. Dilimlənmiş meyvələr üzərinə bir az limon sıxmaq meyvələrin orijinal rəngini qorumasını təmin edər. Bu təsir bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər və avokado , alma, şaftalı , ərik və armud kimi bir çox meyvəylə birlikdə istifadə edilə bilər. Bir çox insan, limonun bir çox qidanın dadını inkişaf etdirdiyini düşünür.

Dad inkişaf etdirici: Yeməklərə limon sıxmaq duz istehlakını azaldar . Çox duz , qan təzyiqini , ürək böhranı ilə iflic riskini də artırar. Amerikalılar gündə 7 min mg-a yaxın duz istehlak edir. Gündəlik duz ehtiyacı isə yalnız 2 min 300 mg-dır . Limon suyu, ən sevdiyiniz yeməklər üçün fərqli bir ləzzət inkişaf etdirmədə yaxşı bir variantdır. Toyuğa və tərəvəzlərə limon sıxaraq ləzzətini artıra bilərsiniz.

Xərçənglə mübarizə aparır: Limon qabıqlı qara ya da yaşıl çay içməyin, müəyyən xərçəng növlərini , yüzdə 70-ə çatan nisbətlərdə azaltdığı ifadə edilir. Limon, dəri xərçəngi qoruyucusu olaraq günəş yanığını önləməyə kömək edir. Çay və limon qabığı kombinasiyasında olan təbii məzmunlar , bədəni dəri xərçənginə gətirib çıxaran günəşin zərərli UV şüalarından qoruyur.


Tərcümə etdi: SOLEDAD
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.