Ibrətli kəlamlar

09 Şubat 2015
6 163
0
Ibrətli kəlamlar
Ibrətli kəlamlar


Nə qədər pisdir insanın təsəllini içkidə
siqaretdə axtarması... Çoxmu çətindir
əlini səmaya qaldırıb "ALLAH"a
yalvarması?!
Yalanla bataqlıq arasında heç bir fərq
yoxdur. İkisi də dibə doğru çəkər !
Şüşə qırıqları kimidir bəzən sözlər,
Ağzına dolar insanın... Sussan,
ağrıdar... Danışsan, qanadar...
Sanma ovuclarını səbəbsiz yerə
açdığını.. Yaradan olmasa kim dinlər
yalvarışını "Aça bilərdinmi hər səhər
göz qapaqlarını..!

Stəkandakı su niyə "yarımçıqdır” deyə
kədərlənəcəyinə, "yarısı da olsa var”
deyə sevinənlərdən ol !...
Gedənin arxasından baxmayın yoxsa,
gələni görə bilməzsiniz.
Bir kişinin bir qıza söyləyə biləcəyi ən
gözəl söz "Bir daha sevəcəyim qız,
bizim qızımız olacaq"
deməsidir.
HƏYAT nə qədər gözəl olardı, Bir
insan həm AŞİQ, həm də SADİQ
olmağı bacara bilsəydi..!
Öyündürməsin səni yüksəklərdə
uçuşun, Palçıq da göyə çıxar
qanadında bir quşun.

Köhnə sevgiliylə barışdıqda yerdən
deyil, aldandığınız yerdən davam
edərsiniz ancaq.
Sahib olacağın hər şey, bir gün
itirəcəyin şeylərdən yalnız biridir

İnsan ürəyi bir sandıqdır, Dodaqlar
onun kilidi, Dil isə açarıdır.. İnsana o
açarı yaxşı mühafizə etmək düşər..
"Kaş ki, tanımasaydım" dediyim heç
kim olmadı mənim. "Kaş ki, məni
tanımasına icazə verməsəydim"

dediklərim oldu!
Eqoizm, gözünə ilişmiş ayna kimidir.
O gözlər hara baxsa baxsın, özündən
başqa birini görməz...
Hər şeyi bildiyini sanma! Gerçəkdə
çox məlumatlı olsan da özünə cahiləm
deyə biləcək cəsarətin olmalı.
Qüsur tapmaq üçün baxma birinə,
tapmaq üçün baxsan taparsan, qüsuru
örtməyi öyrənin, Məhz o zaman
qüsursuz olarsan.!

Başqalarına qarşı zəfər qazanan
qüvvətlidir, öz nəfsinə qarşı zəfər
qazanan isə qüdrətlidir...


Ibrətli kəlamlar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.