Düşünülmədən Edilmiş Mühakimə..

11 Şubat 2015
2 729
0
Düşünülmədən Edilmiş Mühakimə..
Düşünülmədən Edilmiş Mühakimə..


Uzaqlarda ucqar bir kənddə, həyat yoldaşı uşağı doğulmadan ölmüş, tək başına yaşayan hamilə bir qadın vardı. Qadın, özünə yoldaş olması üçün dağda yaralı olaraq tapdığı bir canavar balasını evində bəsləməyə başlayır.Canavar balası qadının yanından bir an belə ayrılmazdı. Hər nə qədər evcil bir heyvan olmasa da, olduqca itaətli olmuşdu.Bir neçə ay sonra qadının uşağı doğuldu. Tək başına bütün çətinliklərə dözmək və balasına baxmaq olduqca çətin idi. Günlər keçdi. Qadın bir gün bir neçə dəqiqəliyinə də olsa evdən ayrılmaq və balasını evdə qoymaq məcburiyyətində qaldı. Canavar balası ilə körpə evdə tək qalmışdılar.
Aradan bir az zaman keçdi və ana evə gəldi. Canavar balası və qanlı ağızını gördü. Ana dəli olmuşcasına Canavar balasına hücum etdi və orada öldürdü heyvanı. Həmin an içəridəki otaqdan bir körpə səsi eşidildi. Ana otağa yönəldi və otaqda beşiyi, beşiyin içindəki körpəsini və körpənin yanında dayanan parçalanmış ilanı gördü...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.