Anamızın ətrindən yox.. Anamızın nurundan yox!

14 Şubat 2015
1 432
0
Anamızın ətrindən yox.. Anamızın nurundan yox!
Anamızın ətrindən yox.. Anamızın nurundan yox!


Yox, körpələr oğurlamadı bu ömrü... Onların nə boy-buxunu, nə düşüncəsi vardı ki, abstrakt bir əşyanı oğurlasın. Möhtaç olduğu südü belə, verən olmasaydı, dünyanın, adamların çövründən nə baş çıxaracaqdı ki.... Analar özləri yuxularını mənə, sənə, ona....bizə bağışladı. Hər gecə biz heç bir dərd-sər yox ikən şirin-şirin yatdıq, amma analar bir də gördün hövlnak qalxıb beşiyimizə yaxınlaşdılar. Sakitcə yatdığımızı görüb rahat oldular, fəqət yenə ürəklərində arzular: bu balamı bir böyüdüb ərsəyə gətirəydim. Analar ömürlərinin sonuna kimi övladları yolunda geçə-gündüz yandılar. Oduna qızındıq, amma yanmağını görmədik... Bilmədik ki, biz bunları. Bilmədik ki, dünyaya gələndə boyumuz 50-52 sm, çəkimiz cəmi 3-4 kq olub, indi bu boy-buxun, bu enli kürək, bu çəki onların yuxusuz geçələrinin hesabına nəsibimiz olub. Bir arı bir kq bal toplamaq üçün 300 min km-ə qədər məsafəyə uçurlar. Bu isə ekvator boyunca 7 dəfə fırlanmağa bərabərdir. Elə isə 3-4 kq bir tifili 35-45 kq –a çatdırana qədər anaların qət etdiyi əzab yolunu müəyyən edin? Mümkünmü?
Jurnalda bir hekayə oxumuşdum: körpələr evinə qəbul haqqında elan verilir və bu elanda qəbul üçün lazım olan sənədlər göstərilir, ən sonuncu da ananın jaketi və ya köynəyi. Bunu oxuyanlar düşünürlər ki, bəs niyə geyim də tələb olunur? Sən demə, uşaq narahat olanda, ağlayanda, yuxuya getməyəndə üstünə anasının jaketini salmaq bəs edərmiş ki, o, şirin-şirin yuxuya getsin.. Uşaqkən başa düşmədik, elə bildik ki, dünya hələ belə olurmuş . Beləcə, naşükürlüyə doğru yol başladıq.
O vaxt başa düşdük ki, artıq anamız dünyasını tərk etmişdi. Yalnız onda başa düşdük ki, anamızın ətrindən yox..anamızın baxışından yox... anamızın nurundan yox...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.