Soyuq su faydalıdırmı?

31 Ağustos 2014
1 527
0
Soyuq su faydalıdırmı?
Soyuq su faydalıdırmı?


İsti havalarda biz sərinləmək üçün çox vaxt isti su deyil soyuq su içirik. Bu faydalıdırmı ?

Sərinləmək üçün soyuq hətta buzlu su içmək tərləməyi daha da artırar. Mütəxəssislər istidən qorunmaq üçün ilıq su təklif edərkən soyuq su istiliyinin də 14 dərəcəni keçməməsi tövsiyəsi də var. Səbəbi isə:

İstilərdə necə maye istehlak etməniz lazım olduğunu bilirsinizmi ?

İlıq su için: Mədənin istiliyi 38 dərəcədir. İstilərdə sərinləmək üçün buzlu su içildiyində onu isitmək üçün mədənin istiliyi yüksəlir və bu bir müddət sonra sizə tərləmə isti basması olaraq geri qayıdar. Həkimlər ən doğrusunu isti su, ilıq su içməkdə görürlər. Doğrusu ilıq su içməkdir. İlıq su ilə sərinləyə bilmirəm deyənlər, suyun istiliyini 14 dərəcədə tuta bilərlər. Təklifimiz 24 hətta 28 dərəcə suyu içmək üçün orqanızmi öyrəşdirməkdir. Gündə 20 stəkan su için. Həkimlərin məsləhətlərindən belə aydın oldu ki, çox su içməkdə fayda var. Lakin normalda biz 2 litr su içməliyik amma isti günlərdə çox istehlak etməmiz önəmlidir. Biz normalda hər kəsə 2.5 litr su təklif edirik təxminən 10 stəkan, amma istilərdə hələ fiziki fəaliyyət tələb edən işlərdə bunun 4.5 litrə çıxması lazımdır ki bu da ortalama 20 stəkandır. Bunu içmək üçün susamağı gözləməyin. Çalışın boş vaxtınız olarkən su için. Yemək yeyərkən və ya televizora baxarkən artıq özünüzü su içməyə öyrəşdirin.
Mineral su için: Minerallı su son dərəcə faydalıdır. Metabolizmaya kömək edir. Sizi xəstəliklərdən qoruyur. Sodadan bəhs etmirik amma mədən sularının təsirindən xüsusilə istilərdə faydalanmaq lazımdır. Gündə içilməsi lazım olan 4.5 litr suyun heç olmasa bir litri mütləq minerallı su olsun ki, istilər səbəbiylə bədəndən azalan minerallar əvəzlənə bilsin. Mədən sularını tək içməyi sevməyənlər meyvə suları ya da ayranla qarışdıra bilərlər.

Üç müxtəlif meyvə yeyin: İsti havalarda artan su ehtiyacınızı meyvə yeyərək də qarşılaya bilərsiniz. Amma meyvələrin içindəki şəkər miqdarını nizamlamaq üçün diqqətli olmaq lazımdır. Gündə üç dəyişik rəng meyvə yemək tövsiyə edilir. Qarpız, qovun xüsusilə yemək lazımdır. Sizi sərinlədər və sağlamlığınızı qoruyar.

İlıq su ilə duş qəbul edin: Burada da suyun ilıq olmasına diqqət yetirin. İstilərdə soyuq su ilə duş qəbul etməyi tövsiyə edilmir


Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.