Oxumağı bacarmayan Hafiz.

06 Mart 2015
1 357
0
Oxumağı bacarmayan Hafiz.
Oxumağı bacarmayan Hafiz.

-oxumaq bacarmadan Quranı tam əzbər bilir, hər kəlmənin Qurandakı yerini söyləyir, ayələri başqa yazılardan ayırır və bütöv surələri axırdan-əvvələ tərsinə qaydada əzbər söyləyirdi.

Kərbəlayi Kazım Kərimi İranın mərkəzində yerləşən Ərak şəhərinin tabeliyindəki Saruq kəndində hicri-şəmsi 1262-ci (təqribən miladi 1884-cü) ildə kəndli ailəsində dünyaya göz açmışdı. O zamanlar mühərrəmlik mövsümündə Ərak şəhərindən bir ruhani Saruq kəndinə gəlib dini məclislər qurur və camaata moizə edirdi. Dinləyicilər kəndlilərdən ibarət olduğu üçün ruhani öz moizələrində xüms və zəkat məsələlərinə daha çox üstünlük verirdi. Kazım bu moizələrdə eşidir ki, əkin-biçininin zəkatını verməyən adamın bütün qazancı harama qarışmış olur və bu qazancdan istifadə etmək günahdır. O, atasının yanına gəlib, ondan məhsulun zəkatını verib-vermədiyini soruşur. Biləndə ki atası zəkat vermir, buna riayət etməsini xahiş edir. Amma israrına rəğmən atası razı olmur. Axırda Kazım deyir: “Əgər sən zəkat vermirsənsə, deməli, bütün qazancın harama qarışıb. Mən səninlə birlikdə işləyib bu tarlanın çörəyini yeyə bilmərəm”.

Kazım Saruqu tərk edib əvvəlcə ətraf kəndlərdə, daha sonra Tehranda işləməyə başlayır. Bir müddətdən sonra atası peşman olub Kazıma xəbər göndərir ki, malımın zəkatını verəcəyəm, sən də evə qayıt. Kazım evə qayıdandan sonra atası torpaq sahəsinin bir hissəsini ona bağışlayır və Kazım bundan sonra öz sahəsində işləməyə başlayır. Elə birinci ildən etibarən məhsulun tən yarısını zəkat kimi ödəyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.