Xəzinədarın nağıLı.

11 Mart 2015
1 214
0
Xəzinədarın nağıLı.
Xəzinədarın nağıLı.

İBrət dərsimizdən (yalnız insanlar üçün)

BIr zamanlar Sultanın bir qulu varmış o qul o qədər etibar qazanmış ki sultan hətta xəzinənin açarını belə ona etibar edirmiş.Bunu görən saray adamları çox pis olmuşlar bir qulun bizlə eyni tərəziyə qoyulmasını istəməyib sultana şikayətlər etməyə başlamışlar.Sənin qulun xəzinədən oğurluq edir buna əminik hər gündə yersiz xəzinəyə gedib gəlir dedilər sultana.Sultan xəzinən divarından bir dəlik açıb qulu güdməyə başlıyır.Qul xəzinəyə daxil olur və gedib küncdə bir sandığın içindən köhnə cırıq paltarını götürüb geyinir və güzgünün önünə keçir.
Heç kim idin sən ... satılacaq bir kölə idin və Allah, Sultanın əli ilə sənə rəhmətindən bəlkə də heç layiq olmadığın nemətlər lütf etdi. Əsla haradan gəldiyini unutma! Çünki mal mülk insanın yaddaşını silir, unutmağa sürüyər. İndi sən də, nemətcə səndən aşağı olanlara pis baxma heç vaxt baxma sən qul olmusan.
Sandığı bağlamış, kilitləmiş və səssizcə qapıya doğru getmiş. Xəzinə dairəsindən çıxarkən birdən Sultanla üz-üzə gəlmiş. Sultan gözlərini qulun üzünə dikmiş , yanaqlarından aşağı yaşlar süzülmüş və boğazı elə düyünlənmiş ki, danışmaqda çətinlik çəkərək...

"Bu günə qədər xəzinəmin xəzinədarıydın, amma indi ... Ürəyimin xəzinadarısan. Mənə mənim də qarşısında heç olduğum öz Sultanımın hüzurunda necə davranmam lazım olduğu dərsini verdin. "
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.