Hansı məstlik halı bundan üstün ola bilər?

16 Mart 2015
1 289
0
Hansı məstlik halı bundan üstün ola bilər?
Hansı məstlik halı bundan üstün ola bilər?


Musiqi təsirinə düşən şəxsin sinir sistemi deaktivləşir və yalnız əylənməkdən, eşqbazlıqdan, çalıb-oxumaqdan başqa fikrinə heç nə gəlmir. Belə olan halda müqəddəs sayılan mərhəmət, insaf, iffət, həya, əmanət, bərabərlik, qardaşlıq, əzəmət, çalışmaq, fəaliyyət və hədəf uğrunda istiqamət göstərmək kimi dəyərlər unudulmağa başlayır.

Hamıya aydındır ki, spirtli içki və musiqi ilk gündən həvəsbaz adamlar üçün ən böyük əyləncə vasitəsi olub və lazım olan vaxtlarda məst olmaq üçün onlardan istifadə ediblər. Şübhəsiz, İslam dini insanları təbii ləzzətlərdən uzaqlaşdırmır. Lakin sinir sistemini zədələyən, keçici və insanı qeyri-adi işlərə sövq edən, ehtirası qıcıqlandıran qeyr-təbii ləzzətlərin əleyhinədir.


Musiqinin əxlaqi zərərləri

Sizcə, təhrikedici və aldadıcı musiqilər insanın əxlaqını pozub fəsad və iffətsizliyin yayılmasına səbəb olmurmu?

Xanımların tərkideci avazla oxuduğu əxlaqi normalara sığmayan mahnıları gənclərin qəlbində cinsi əlaqəyə meyli gücləndirmirmi? Bu növ musiqi və şerlərlə qəlbləri dolu olan insanlar Allahı xatırlayarlarmı? Aşiqanə mahnıların təsirinə düşən şəxs kimsəsizlərin köməyinə gedərmi?

Ümumiyyətlə, musiqi məclislərinin bərpa olunmasında məqsəd nədir? Qadınla kişilərin bir-birilərinə qarışmasından, içkiyə törədən bir vasitə səmavi dində halal ola bilərmi?

Aldığımız nəticə budur ki, musiqi həm insanın orqanizminə, həm də əxlaqına ciddi zərbələr endirir və bu da musiqinin haram olmasına səbəb olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.