Kişinin ağlaması doğrudurmu?

01 Nisan 2015
1 654
0
Kişinin ağlaması doğrudurmu?
Kişinin ağlaması doğrudurmu?

Kişinin ağlaması doğrudurmu?

Kişinin ağlaması doğrudurmu?
Kim deyir ki, kişi ağlamaz?! Hz. Məhəmməd (s.a.s.) ümmətim-ümmətim deyə göz yaşı tökmədi mi?! Hz. Əli Xanımlar xanımı xanım Fatimeyi Zəhra üçün göz yaşı tökmədi mi?! Əsl kişi ağlayar.. Eşq deyər ağlayar, Əfv deyər ağlayar, ALLAH deyər ağlayar..! Bu sehihdirmi?
Cavab:
Aleykum salam. Kişilərin ağlaması doğrudur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allah qorxusundan ağlayan kəsin Cəhənnəmə girməsi südün əmcəyə geri qayıtması kimi mümkün deyil. Allah yolunda (cihad zamanı) qaldırılmış tozla Cəhənnəmin tüstüsü heç vaxt bir yerdə olmaz" (Tirmizi, Nəsai). Abdullah ibn əş-Şixxir (radıyallahu anhu) belə demişdir: “Allah Rəsulu namaz qılarkən hüzuruna gəlmişdim. O əsnada elə ağlayırdı ki, sinəsindən qaynayan qazan kimi səs gəlirdi”. (Əbu Davud, Salat 158)
Amma bu, təklikdə ağlamağa aiddir. Günümüzdə bəziləri camaatın qarşısına çıxaraq bərkdən, qışqır-bağır salaraq ağlayır və camaatı ağladır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Ölü üçün (bərkdən) ağlayana da, onu dinləyənə də lənət olsun". (Əbu Dəvud). "Kədərlənəndə paltarını cırıb, bağırıb çığıran bizdən deyil". (Buxari)


Kişinin ağlaması doğrudurmu?
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.