Otağımızda yatmaq məqsədi ilə soyunarkən mələklər bizi görərlər?

02 Nisan 2015
1 261
0
Otağımızda yatmaq məqsədi ilə soyunarkən mələklər bizi görərlər?
Otağımızda yatmaq məqsədi ilə soyunarkən mələklər bizi görərlər?

Bəli görürlər.Qadın və kişilər, tək başınaykən və heç bir ehtiyac olmadığı halda övrət yerlərini açması haram olmaz.
Ancaq tək başına belə olsa övrət yerlərini açmaqdan çəkinməsi və örtünməyə diqqət yetirməsi çox daha gözəl bir davranışdır.
Bununla birlikdə, paltar dəyişdirmək, tualet ehtiyacını aradan qaldırmaq kimi bir ehtiyacdan dolayı övrət yerinin açılmasının heç bir qorxusu olmaz.
Necə ki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Çılpaqlıqdan çəkinin, böyük dəstəmaz və adamın yoldaşı ilə cinsi təmasda olması xaric. Digər hal və zamanlarda sizinlə birlikdə olan və sizdən əsla ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara hörmət göstərin." (Tirmizî, Sünən, Ədəb 42, Hədis nömrə: 2801)
Buna görə, yatarkən iç paltarlarını dəyişdirmənin də bir qorxusu olmaz. Əhəmiyyətli olan və diqqət yetirilməsi lazım olan şey, övrət yerlərini, bu yerləri görməsi haram olan kəslərdən qorumaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.