Ölümü sevmək.

05 Nisan 2015
1 262
0
Ölümü sevmək.
Ölümü sevmək.

Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət mühüm məsələdir. Yə”ni, mö᾽minin ölümdən acığı gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu dünyada qaldıqca insan günahlardan tövbə edə bilər, paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun ölümünü istədikdə gərək ölümü ne᾽mət hesab etsin. Çünki itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost tutmalıdır. Çünki bütün səadətlərə çatmağın yeganə vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc evinə yetmək, Həzrət Yaradanın ne᾽mətlər büsatına daxil olmaq, həqiqi dostların, yə”ni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi (əleyhimüssalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm sayəsində mümkündür. Eləcə də, Allahın istədiyi həddə uzun ömür və əcəlin tə”xirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün.

Edit By:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.