Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək

05 Nisan 2015
1 044
0
Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək
Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək

Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşəkTəbii ki, ailə münasibətləri hər birimiz üçün vazkeçilməz amildir. İstər həyat yoldaşı ilə, istər uşaqlarla, istərsə də qardaş-bacılarla. Ona görə də, bu münasibətlərin təbii, səmimi olmasını əsas tutmalı, qarşımızdakının kimliyindən asılı olmayaraq səhvimizi etiraf etməyi bacarmalıyıq. Səhvini etiraf etmək insanı alçaltmaz, ucaldar. Dediyimiz kimi, bu davranışın ən böyük qazancı da odur ki, həm səhvlərdən təmizlənirsən, həm də uşaqları düzgün istiqamətdə tərbiyə edirsən. Səhviniz varsa, tənqidə hazır olun, onu etiraf etməyi bacarın. Lazım gəlsə, qarşı tərəfdən üzr də istəyin, lap övladınız olsa belə. İnanın ki, xeyrini görəcəksiniz. Əgər inanmırsınızsa, yoxlayın, dediklərimizə özünüz şahid olacaqsınız.
Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək

Istər həyat yoldaşı ilə, istər uşaqlarla, istərsə də qardaş-bacılarla. Ona görə də, bu münasibətlərin təbii, səmimi olmasını əsas tutmalı, qarşımızdakının kimliyindən asılı olmayaraq səhvimizi etiraf etməyi bacarmalıyıq. Səhvini etiraf etmək insanı alçaltmaz, ucaldar.
Bu davranışın ən böyük qazancı da odur ki, həm səhvlərdən təmizlənirsən, həm də uşaqları düzgün istiqamətdə tərbiyə edirsən. Səhviniz varsa, tənqidə hazır olun, onu etiraf etməyi bacarın
Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək
.Böyük olanda nə olar, böyük də səhv edər.
Burada təəccüblü nə var ki? Təəccüblü odur ki, səhvini başa düşüb düzəltmək əvəzinə, eyni “istiqamətdə” davam edəsən. Ailədə böyüyən uşaq çox şeyi valideynindən öyrənir. Heç diqqət yetirmisinizmi, uşaq dünyanın ən güclü adamını öz atası ilə müqayisə edir. Bilirsinizmi niyə? - Çünki ata öz uşağı üçün ölçüdür, meyardır, məhək daşıdır. Uşağın doğrunu yanlışdan seçə bilmədiyini düşünmək çox böyük səhvdir. Valideynlərlə bağlı epizodların böyük əksəriyyəti uşağın yaddaşına silinməz izlərlə həkk olunur və uşaq bu gün də olmasa, nə vaxtsa, həmin epizodu xatırlayıb valideyninin davranışına həqiqi qiymətini verir. Siz uşağa hansı qiyməti versəniz, onu necə qəbul etsəniz, uşaq da sizə o cür qiymət verəcək, sizi o cür qəbul edəcək. Bəzən bir səhvimiz olur və elə o anda da “üzümüzə vurulur”. Əslində bu cür məqamlarda təmkinli davranmaq, iradları səmimi qarşılamaq lazımdır. “Nazı keçdiyi” üçün bəzən uşaq ən kiçik səhvi belə ən sərt şəkildə valideyninin üzünə vurur. Ancaq valideyn (bayaq da dediyimiz kimi) hisslərini üzə vurmur və səbirli davranır.
Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək
Əslində belə hallarda ən yaxşısı odur ki, öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək və üzr istəyək. Valideynin uşaqdan üzr istəməsi ilk baxışdan bir qədər qəribə görünə bilər. Ancaq nəticə etibarilə bu, ailədə çox mühüm tərbiyə vasitəsidir. Bir tərəfdən uşaq təvazökarlıqla tanış olur, yəni, səhvini etiraf etməyi öyrənir, bir tərəfdən də, üzr istəməyin bir ləyaqət, bir səviyyə olduğunu dərk edir. Təbii ki, valideyn üzr istədiyi təqdirdə ən çox “utanan” da elə uşaq olur. Ancaq burada ən çox “utanan” uşaq olduğu kimi ən çox qazanan da uşaqdır. Əgər başqalarının sizi tənqid etməsini, yaxud da sizə pis söz deməsini istəmirsinizsə, həmişə tənqidə açıq olmalı, doğru sözü etirazsız-filansız qəbul etməlisiniz. Bu ənənə ailə münasibətlərində möhkəmlənsə, artıq növbəti dəfə uşaq valideyninin öz səhvinə göz yumduğunu düşünməyəcək, sadəcə olaraq, öz səhvini unutduğunu fikirləşəcək. Həmişə dediyimiz kimi ən səmimi münasibət də, ən qalın pərdə də ən yaxın adamlar arasında olmalıdır.Öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.