Başqa bir dünyada çıxma qarşıma

06 Nisan 2015
1 220
0
Başqa bir dünyada çıxma qarşıma
Başqa bir dünyada çıxma qarşıma

İsti varlığını sevdiyim kimi,
Soyuq yoxluğunu sevən də mənəm.
Sən adlı ünvandan yollara çıxan..
Sən adlı ünvana dönən də mənəm.

Ovcuma yüyürən göz yaşlarım da
Mənim ürəyimdən qopan parçadı.
Sən mənim qəlbimə neçə dağ çəkdin?!
İndi dağlarımda parçaparçadı.

Məni gülüşümə həsrət qoyanım,
Görüm həsrət qalsın göz yaşlarıma.
Özüm öz dünyama yaratdım səni,
Başqa bir dünyada çıxma qarşıma.

Muellif-Sevil Ishiq
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.