Mən səndən küsmədim ,özümdən küsdüm

15 Nisan 2015
5 019
0
Mən səndən küsmədim ,özümdən küsdüm

Mən səndən küsmədim ,özümdən küsdüm


Mən səndən küsmədim ,özümdən küsdüm

Mənə xırdaladın küsmək nə deyə ,
RiyaZi siyasi böldün cox yerə ,
Axırda sən məni getirib dilə ,
Dedim ki ,
Mən səndən küsmədim özümdən küsdüm ....

Nazını cəkərəm tükənməyərək ,
Sevdim ürəyimə üsyan edərək,
Həsrətə hicrana hər an dözərək ,
Bildim ki,
Mən səndən küsmədim özümdən küsdüm....

Dedilər nə olub qəmginsən yaman,
Kimdi de səni bu hala salan ,
Adını gizlətdim qəlbimdə pünhan,
Sandım ki,
Mən səndən küsmədim,özümdən küsdüm ...

Sonu yox sevgimin nə olur olsun,
Dedim yetər ki ,O,xoşbəxt olsun,
Şikayət etmirəm qoy rahat olsun,
Yazdım ki,
Mən səndən küsmədim özümdəm küsdüm ...

Ayrılıq odunda alışanda mən ,
Qorxutmaz bil məni qüssə kədər qəm,
Küsmək sevmək dedi,cavabını mən ,
Verdim ki,
Mən səndən küsmədim ,özümdən küsdüm ...


Mən səndən küsmədim ,özümdən küsdüm

Müəllif : SEYMUR SÖNMƏZ






Mən səndən küsmədim ,özümdən küsdümRedaktə etdi-SyamkaMən səndən küsmədim ,özümdən küsdüm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.