Sirkə ilə arıqlayın

16 Nisan 2015
1 277
0
Sirkə ilə arıqlayın
Sirkə ilə arıqlayın


Havaların istiləşməyə başlaması ilə qadınlar arıqlamaq üçün ağır pəhrizlərə əl atırlar. Lakin arıqlamaq üçün ağır pəhrizlərə və tərkibi bilinməyən dərmanlar qəbul etməyə ehtiyac yoxdur. Birincisi, bu, çox təhlükəlidir, ikinci isə, əlavə xərc deməkdir. Artıq çəki problemini həll etməyin ən yaxşı yollarından biri sirkədir.

Sağlam qidalanma mütəxəssisi Halə Daşqın alma və üzüm sirkəsinin kök insanların çəkisini azaltmaqda çox əhəmiyyətli olduğunu bildirib.

Sirkənin artıq çəki ilə mübarizə apardığı və effektli olması bu gün ən çox müzakirə olunan suallardan biridir.

Bir sözlə, sirkədən istifadə etməklə arıqlamaq probleminin həllini asanlaşdıra bilərsiniz.

“Sadəcə, alma sirkəsi deyil, üzüm və qaragilə sirkəsi də faydalıdır. Üzüm sirkəsinin faydasını öyrənmək üçün könüllülər arasında araşdırma aparılıb. Bu araşdırmada üzüm sirkəsinin həm pis xolesterin səviyyələrini, həm də çəkini kəskin şəkildə azaltdığı məlum olub. Qaragilə sirkəsinin dadı zeytun yağına bənzəyir. Buna görə də salatlara əlavə olunanda gözəl dad verir. Qaragilə sirkəsi də digər sirkələr kimi qandakı yağ səviyyəsini ciddi miqdarda aşağı salır. Dolayısı ilə alma, üzüm və qaragilə sirkəsi arıqlamaq məqsədilə istifadə edilə bilər”.

Halə Daşqının sözlərinə görə, alma sirkəsinin tərkibində çoxlu qiymətli mikroelementlər: kalium, dəmir, maqnezium, kalsium, natrium kimi faydalı maddələr var. Alma sirkəsi tez parçalanmayan yağlar və karbohidratlar kimi qidalar qəbul etdikdən sonra maddələr mübadiləsinin sürətlənməsinə, həzm proseslərinin yaxşılaşmasına kömək edir. Sirkə soyuqdəymə xəstəlikləri ilə mübarizədə də faydalıdır.

Sirkə istifadə edərkən diqqətli olun

Sirkənin faydası olsa da, ondan istifadə edərkən diqqətli olun. Xüsusən də, mədə və bağırsaq problemi olan insanların sirkədən istifadə etməməsi daha məqsədəuyğun olardı. Qocalara, sinir sistemi xəstəlikləri, təzə və quru öskürəyi, oynaq ağrıları olanlara sirkə ziyandır. Çox sirkə işlətmək bəzən bədəndə su yığlımasına səbəb ola bilər.

Halə Daşqın sirkəni stəkanın içinə tökmək əvəzinə yeməklərin içinə əlavə edərək yeyilməsinin tərəfdarıdır. O, bu zaman sirkənin təsir mexanizminin daha yaxşı işlədiyini və bədənə zərər vermədiyini söyləyib.

Sirkənin tərkibində olan antibakterial təmizləyici xüsusiyyəti göyərti və tərəvəzləri təmiz yumaq üçün istifadəyə imkan verir.
Sirkə ilə arıqlayın
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.