Gördüm....

22 Nisan 2015
1 559
0
Gördüm....
Bu gözəl dünyanın işdəyi coxdur,
Bir gün var insanda,bir gündə yoxdur
Deyirlər gözəllik bir..doqquzu dondur,
Mən necə libasda insanlar gördüm ...Gördüm....

Söz yazdım sözümün dəyərinə bax,
Bacarsan şimşək ol,guruldayıb cax,
Çoxunu süzgəcdən kecirdim ancaq ,
Axırda sözümdə nöqsanlar gördüm ...Gördüm....

Sevgi məhəbbəti oyuncaq sanan ,
Eşq nədi sözünü bilib qanmayan,
Özünü Məcnundan betəri sayan,
Səhra ortasında əyyaşlar gördüm ...Gördüm....

Dünya bir yanadı sənsə bir yana ,
Keşkə bu sözləri dərk edib qana,
Əhdə dönük cıxıb,peymanı danan,
Mələk simasında şeytanlar gördüm...Gördüm....

Dost deyib dostuyla cörəyi bölən,
Dar gündə bax ondan üzün cevirən,
Dostda öz pulunu faizlə verən ,
Dostluqda tanınan oğlanlar gördüm ...Gördüm....

Seymur saxtalıqla dolu ,cox üzlər,
Səni aldatmasın sürməli gözlər,
Bir vaxtı deyilən o, şirin sözlər,
İçində böhtanlı yalanlar gördüm ...Gördüm....

Gördüm....Gördüm....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.