Mastirbasiyanın İslamda yeri.

24 Nisan 2015
1 734
0
Mastirbasiyanın İslamda yeri.
Mastirbasiyanın İslamda yeri.


Hiss və həvəslərinə məğlub düşən bəzi kəslərdə harama nəzərin təhrikiylə bədəndən edilən israf, ümumiyyətlə ihtilamla olar. Bəzi kəslər isə bu «israfat»a daha dəyişik bir şəkildə düşərlər. «İstimna, mastürbasiya» bu barədə ən sıx müraciət edilən təmin yoludur: Hər şeydən əvvəl, anormal bir hərəkət olan bu iş, iradəsi zəif kəslərdə görülən bir vərdişdir.

Evlənmə çağına gəlib də imkan tapa bilməyən belə kəslərə Rəbbimiz iffətli olmalarını tövsiyə etməkdədir: «Evlənməyə imkan tapa bilməyənlər, Allah özlərini fəzl u kərəmindən zəngin edənə qədər zinaya qarşı iffətlərini qorumağa çalışsınlar.»


Nəfs və həvəslərinin təzyiqi altında olan gənclərə Peyğəmbərimizin göstərdiyi yol ən gözəlidir. Bu yolla gənc, həm ibadət etmiş olar, həm də özünə hakim olma çarəsini tapar.

İbni Məsudun rəvayət etdiyi hədisi şərifdə Peyğəmbərimiz (s.ə.s.) belə buyurmaqdadır: «Ey gənclər birliyi, sizdən evlənməyə gücü çatan evlənsin. Çünki evlilik gözü harama baxmaqdan son dərəcə önləyici, iffəti də ən yaxşı qoruyucudur. Evlənmə xərcinə gücü çatmayan kimsə də oruc tutsun. Çünki oruc. qüvvətli bir şəhvət qlıncıdır."

Başda oruc olmaq üzrə, İslami və imanı məsələlərlə məşğuliyyət və insanı günahdan qoruyan bir ətrafda olmaq adamın iffətini mühafizə edən., onun harama aparmasına mane olan ən gözəl çarələrdir. Çünki qeyri qanuni yollara şeytan təşviq edər, nəfs təzyiq edər, hisslər də sıxışdırar. Onları susduracaq ən təsirli çarə, ürəyi və ruhu ülvi şeylərlə məşğul etməkdir. Əxlaqlı kəslərlə yoldaşlıq etməkdir.

Əllə təmin, alimlərin çoxuna görə caiz deyil. Haram sayılmaqdadır. «Onlar ki ismətlərini qoruyarlar. Ancaq xanımlarına və sahib olduqları nökərlərinə qarşı münasibətləri müstəsnadır. Çünki onlar bu halal olanlarda qınanmazlar. Kim də bu halaldan başqasını axtarsa, işdə onlar həddi aşanlardır» ayəsini dəlil gətirən Şafi, Maliki alimləri və İmamı Nəsəfi, istimnanın haram olduğuna hökm etmişlər.


Əgər caiz olsaydı, Hz. Peyğəmbər tərəfindən bir yol göstərilərdi, deməkdədirlər. İmam Əhməd bin Hənbəl və ibni Həzmə görə «sperma, bədənin, çölə atmağa möhtac olduğu bir şeydir, onu əliylə atan qan aldıran kimidir və caizdir.» Hənbəli alimləri bu caiz meydana gəlmə şəklini iki şərtə bağlamışlar: Adamın zinaya düşmə təhlükəsi, Evlənməyə gücünün və imkanının olmayışı.

Hənəfi məzhəbinin fikirlərini nəql edən İbni Abidin, bu barədə bəzi alimlərin fikirlərinə yer verməkdədir. Adamın şəhvəti basqın gəlir, ürəyini məşğul edəcək dərəcədə çox olar, subay olar və ya evli olub da bir üzrdən ötəri xanımına yaxınlaşa bilməzsə, şəhvətini təskinlik vermək istəyən kimsə üçün Fakih Əbulleys, «Beləsinə bir günah olmayacağını ümid edirəm» deməkdədir. Amma sırf şəhvətini cəlbetmək, özünü zorla təhrik etmək üçün etsə günahkar olar.

Yenə Hənəfi alimlərindən Şürünbilali, «Subay kimsə harama girəcəyindən qorxduğu zaman şəhvətini təskin üçün istimna caizdir. Bu işindən ötəri nə savab, nə də günah qazanar. Lakin sırf ləzzət almaq üçün etsə günahkar olar» fikirindədir.

Harama düşmə təhlükəsiylə qarşı-qarşıya gələn bir kimsə, haram olan zinanı işləməmək üçün ucuzu şər olan istimnayı etsə və buradakı niyyəti də haramdan qaçınmaq, namusunu qorumaq olsa, caiz görən alimlərin içtihatlarına görə mümkündür. Amma istimnayı vərdiş halına gətirmək məqbul bir insana yaraşmayan çirkin bir iş olar. Onsuz da çox adamda zəka və yaddaş itkisinə səbəb olmaqdadır.


Belə anormal vəziyyətlərə düşməmək üçün tez-tez imani əsərləri mütaliə etmək, ağılı və ürəyi davamlı islami xidmətlərdə işlətmək, ülvi şeyləri düşünmək, ləzzətləri qıran və ağrılaşdıran ölümü çox sıx xatırlamaq, harama nəzərdən çəkinmək və ədəbsiz nəşrlərə kompliment deməmək lazımdır.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.